"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1120
Azərbaycan Respublikası ilə Dünya Bankı arasında növbəti kredit layihəsinə dair saziş imzalanmışdır
Mətbuat xidmətinin məlumatı 17 Noyabr, 2011
Noyabrın 16-da Azərbaycan Respublikası ilə Dünya Bankı arasında “Məcburi köçkünlərin yaşayış şəraiti və gəlir imkanlarının dəstəklənməsi” layihəsi üzrə kredit sazişi imzalanmışdır. Sənədi Azərbaycan tərəfdən Baş nazirin müavini cənab Əli Həsənov, Dünya Bankı tərəfdən isə bu qurumun ölkə üzrə rəhbərinin nümayəndəsi Səidə Bağırlı imzalamışlar. Layihə çərçivəsində ayrılan vəsaitin məbləği 78 milyon 400 min dollardır. İmzalanmadan əvvəl Əli Həsənov layihə barədə məlumat verərək bildirmişdir ki, bu, tərəflər arasında bağlanan üçüncü müvafiq sazişdir. Əli Həsənov qeyd etmişdir ki, bu gün imzalanan saziş üzrə ayrılan vəsaitin 50 milyon dolları Dünya Bankı, 28,4 milyon dolları isə Azərbaycan Hökumətinə aiddir. Vəsait 4 istiqamətdə xərclənəcəkdir. Buraya ilk növbədə məcburi köçkünlərin yığcam yaşadıqları ərazilərdə infrastruktur mikrolayihələri daxildir. Baş nazirin müavini bildirmişdir ki, ayrılacaq vəsait əsasən qaçqın və məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları ictimai binaların təmirinə yönəldiləcəkdir. Bu məqsədlə 90-dan artıq ictimai binada bərpa və təmir işləri həyata keçiriləcəkdir. Azərbaycan Hökuməti yurd-yuvalarından didərgin düşmüş insanların həyat səviyyəsinin yaxşılaşdırılmasına böyük önəm verdiyi üçün layihədə bu məsələyə xüsusi diqqət yetirilmişdir. Dünya Bankının nümayəndəsi S.Bağırlı demişdir ki, cari il oktyabrının 27-də təsdiq olunmuş layihə üzrə sazişin noyabrın 16-da imzalanması rekord göstəricidir. Bu da Azərbaycan rəhbərliyinin qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə həssaslığının təzahürü kimi qiymətləndirilməlidir. Layihənin gəlir imkanlarının dəstəklənməsi komponenti çərçivəsində 1400-ə yaxın gənc peşə təlimi kurslarını bitirdikdən sonra öz bizneslərinə başlamaq üçün qrant əldə edəcəkdir. Eyni zamanda, 200-ə yaxın icma qrupu müvafiq təlimdən sonra kiçik biznes yaratmaq üçün maliyyə dəstəyi alacaqdır. Bundan başqa, məcburi köçkünlərin gəlirlərinin artırılması fəaliyyəti çərçivəsində biznesə başlamaq və ya mövcud biznesi inkişaf etdirmək üçün 1500-dək mikrokredit veriləcəkdir.
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuliyə köçənlərə ödənişsiz danışıq üçün sim-kartlar hədiyyə edilib
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir