"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 886
Avropa İttifaqı - Azərbaycan: məcburi köçkünlərin qayıdışı məsələləri də müzakirə edilib
Mətbuat xidmətinin məlumatı 30 Aprel, 2021

Avropa İttifaqı (Aİ) - Azərbaycan Ədliyyə, Azadlıq və Təhlükəsizlik, İnsan hüquqları və Demokratiya məsələləri üzrə Alt-Komitəsinin onlayn formatda 9-cu iclası keçirilib.

 

İclasda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Hüquq və kadrlar şöbəsinin müdiri Ziya Məmmədov təmsil edib. O, miqrasiya, sığınacaq və sərhəd idarəçiliyi mövzusunda keçirilən müzakirələrdə daxili yerdəyişmə məsələləri barədə çıxış edib. Qeyd olunub ki, 44 günlük Vətən Müharibəsində qazanılan möhtəşəm qələbə 30 ilə yaxındır davam edən münaqişənin həlli istiqamətində son nöqtəni qoydu. Münaqişənin başa çatması azərbaycanlı məcburi köçkünlərin tarixən xalqımıza məxsus olan torpaqlara, oradakı ata-baba yurdlarına qayıtmasına şərait yaradır.  10 noyabr 2020-ci il tarixli Bəyanat isə yüz minlərlə həmvətənimizin öz doğma yurduna qayıdışı üçün zəmin yaratmış oldu. Hazırda Azərbaycan dövləti qarşısında işğaldan azad olunmuş ərazilərin bərpasını, dayanıqlı inkişafını və məcburi köçkünlərin daimi yaşayış yerlərinə qayıdış və reinteqrasiyasını təmin etmək kimi şərəfli vəzifə durur. Bunun üçün artıq müvafiq addımlar atılır. Ərazilərin minalardan təmizlənməsi ilə bağlı proses sürətləndirilib, daha sonra dəymiş zərərin qiymətləndirilməsi həyata keçiriləcək. İnfrastrukturun qurulmasından sonra keçmiş məcburi köçkünlərin qayıdışı həyata keçiriləcək.

 

Bildirilib ki, komitədə məcburi köçkünlərin FİN-kod əsaslı Elektron Məlumat Bazası yaradılıb. Hazırda bazaya məcburi köçkünlərin peşəsi, iş yeri, məşğulluğu, sahibkarlıq fəaliyyəti və daimi yaşayış yerinə qayıdışla bağlı niyyəti barədə məlumatların daxil edilməsi məqsədilə Komitə tərəfindən müvafiq sorğu keçirilir. İşğaldan azad olunmuş ərazilərə qayıdış və reinteqrasiya prosesi zamanı vətəndaşların miqrasiyasının monitorinqini aparmaq üçün Elektron Məlumat Bazasının imkanlarından geniş istifadə olunacaqdır. 

 

Xüsusi ilə qeyd edilib ki, keçmiş məcburi köçkünlər dogma yurdlarının işğaldan azad edilməsini böyük sevinc hissi ilə qarşılayıb və geri qayıdışa hazırdır. Lakin onları narahat edən bəzi məqamlar var. Bunlardan biri təhlükəsizlik məsələsidir. Ermənistan tərəfinin minalanmış ərazilərin xəritəsini verməməsi insanların həyatı üçün təhlükə yaradır. Bundan başqa, işğaldan azad edilmiş ərazilərə səfər etmək imkanı qazanmış ailələr evlərinin, qohumlarının və yaxınlarının məzarını dağılmış şəkildə görür, bu da onları kədərləndirir. Mədəni irsin məhv edilməsi məqsədi ilə abidələrin dağıdılması və saxtalaşdırılması da, keçmiş məcburi köçkünlər tərəfindən təəssüflə qarşılanıb.

 

Qeyd edək ki, iclasa Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev, Aİ tərəfindən isə Avropa Xarici Fəaliyyət Xidmətinin Şərq Tərəfdaşlığı ölkələri ilə ikitərəfli münasibətlər şöbəsinin müdiri Riçard Tibbels həmsədrlik ediblər.

 

İclasın birinci günü tərəflər arasında insan hüquqları və demokratiya sahəsində mülki, iqtisadi, siyasi və sosial hüquqlar; insan hüquqlarının müdafiəsi üzrə milli çərçivə, eləcə də insan hüquqlarının müdafiəsi üzrə beynəlxalq forumlarda əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb. Növbəti gün isə ədliyyə, azadlıq və təhlükəsizlik sahəsində bir sıra qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən qanunun aliliyi, məhkəmə hakimiyyəti və ədliyyə sahəsində əməkdaşlıq; miqrasiya, sığınacaq və sərhəd idarəçiliyi, habelə mütəşəkkil cinayətkarlıq və digər qanunsuz fəaliyyət növləri ilə mübarizə, məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıtması kimi mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

İclasda Azərbaycan Respublikasının 15 dövlət qurumundan, habelə İnsan hüquqları üzrə Müvəkkilin Ofisindən nümayəndələr, Aİ tərəfindən isə Avropa Xarici Fəaliyyət Xidmətinin nümayəndələri ilə yanaşı, Avropa Komissiyasının Genişlənmə Danışıqları Baş Direktorluğu, Miqrasiya və Daxili işlər üzrə Baş Direktorluğu, Ədliyyə və İstehlakçılar üzrə Baş Direktorluğunun, Məşğulluq və sosial məsələlər Baş Direktorluğunun, eləcə də Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin əməkdaşları iştirak ediblər.

23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuliyə köçənlərə ödənişsiz danışıq üçün sim-kartlar hədiyyə edilib
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir