"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1072
Dövlət Komitəsində Ukraynanın Baş nazirinin müavini ilə görüş keçirilib
Görüşlər 14 Aprel, 2021

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkəmizdə səfərdə olan Ukrayna Baş nazirinin müavini, Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilərindəki Məsələlər üzrə nazir Aleksey Reznikovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Azərbaycanda qaçqınlıq və məcburi köçkünlük problemini yaradan amil kimi Ermənistanın hərbi təcavüzünün və işğalçılıq siyasətinin nəticələri, öz daimi yaşayış yerini itirən və otuz ilə yaxın didərginlik həyatı keçirən insanların üzləşdikləri çətinliklər, bunların aradan qaldırılması üçün həyata keçirilən tədbirlər barədə qonağa məlumat verilib.

 

Ölkəmizdə qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində sistemli dövlət siyasətinin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğu, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılıb. Qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması üzrə xüsusi dövlət proqramlarının icra olunduğu vurğulanaraq bildirilib ki, onlar üçün zəruri infrastrukturu olan 115 qəsəbə salınıb, 300 mindən çox məcburi köçkün yeni evlərə və ya mənzillərə köçürülüb. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın məcburi köçkünlərin sosial problemlərinin həllinə böyük diqqət və qayğı göstərdiyi qeyd edilib.

 

Azərbaycanın ötən ilin payızında Ermənistanı məğlubiyyətə uğradaraq, öz tarixi ərazilərini işğaldan azad etməsi nəticəsində yaranan yeni reallıqlar, o cümlədən məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışına hazırlığın başlanması barədə də ukraynalı qonaqlara məlumat verilib. Qeyd edilib ki, ölkənin 55 rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkünlərin mütləq əksəriyyəti Qarabağa, öz daimi yaşayış yerlərinə qayıtmaq arzusundadır. Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahı, onun tərkibindəki İdarələrarası Mərkəz və müvafiq sahələr üzrə İşçi Qrupları hazırda işğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin mərkəzləşdirilmiş qaydada həlli istiqamətində fəal iş aparır. Təhlükəsizlik şəraiti, kommunikasiya təminatı yaradıldıqdan, yaşayış sahələri bərpa olunduqdan və yenidən tikildikdən sonra məcburi köçkünlərin, beynəlxalq normalar əsasında, həmin ərazilərə köçürülməsinə başlanacaqdır. 

 

Ukraynalı nazir Aleksey Reznikov səmimi qəbul üçün təşəkkürünü bildirərək, ölkəsindəki mövcud münaqişə nəticəsində yaranmış vəziyyət və humanitar problemlər barədə məlumat verib, bu problemlərdən əziyyət çəkən əhali qrupu ilə bağlı hökumətin həyata keçirdiyi tədbirlərdən danışıb. Azərbaycanın həm qaçqınlıq və məcburi köçkünlük probleminin həlli, həm də öz ərazi bütövlüyünün bərpası istiqamətində göstərdiyi nümunənin Ukrayna üçün də mühüm əhəmiyyət daşıdığını vurğulayan nazir ölkələrimiz arasındakı dostluq əlaqələrinin bu nümunəni öyrənməyə və ondan yararlanmağa yaxşı imkan yaratdığını qeyd edib. O, işğaldan azad edilən ərazilərin reinteqrasiyası məsələləri ilə bağlı təcrübə mübadiləsinin bu sahədə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üzrə səmərəli fəaliyyət planının hazırlanmasına zəmin yaradacağını qeyd edib.

 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

19 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
18 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Siyəzəndə vətəndaşları qəbul edib
15 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində BMqT nümayəndələri ilə görüş keçirildi
13 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihənin təqdimatı keçirilib
12 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
04 Mart, 2024 / Görüşlər İctimai Şura üzvlərinin Böyük Qayıdış prosesində aktivliyi artırılacaq
01 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində almaniyalı deputatlarla görüş keçirilib
27 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
21 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Ağdaşda vətəndaşları qəbul edib
20 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Fevral, 2024 / Görüşlər Dünya Bankı nümayəndələri ilə görüş keçirilib
13 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
08 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri bir qrup mərakeşli jurnalistlə görüşüb
30 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib
18 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Şəmkirdə vətəndaşları qəbul edib
18 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində xarici qonaqlarla görüş keçirilib
16 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib