"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1780
Füzuli rayonunda məcburi köçkünlərə yeni evlər verilib
Tədbirlər 11 Mart, 2021

Prezident İlham Əliyev məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını sosial siyasətin əsas prioritetlərindən elan edərək, bu sahədə genişmiqyaslı tədbirlər həyata keçirib. İndiyədək on minlərlə məcburi köçkün ailəsi onlar üçün salınmış qəsəbə və yaşayış komplekslərində ev və ya mənzillə təmin olunub. Birinci vitse-prezident xanım Mehriban Əliyeva bu kateqoriyadan olan vətəndaşlarımıza daim xüsusi diqqət və qayğı göstərir, onların yaşayış, təhsil, səhiyyə və digər məsələlərlə bağlı problemlərini  həll edir.

 

"Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na Аzərbaycan Respublikası Prezidentinin 31 oktyabr 2007-ci il tarixli 2475 nömrəli Sərəncamı ilə təsdiqlənmiş əlavələrin icrası ilə əlaqədar olaraq Nazirlər Kabinentinin 2008-ci il 7 may tarixli 163s №li Sərancamı ilə təsdiq edilmiş "Tədbirlər Planın"a əsasən, Füzuli rayonu ərazisində müvəqqəti məskunlaşmış 95 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan müasir tipli yeni yaşayış qəsəbəsi salınıb. Tikinti işləri Azərbaycan Respublikasının Dövlət Neft Fondundan  2020-ci ildə ayrılan vəsait hesabına, Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun sifarişi ilə  həyata keçirilib və qəsəbənin inşası ötən ilin oktyabr ayında başa çatdırılıb.

 

Rayonun Əhmədbəyli kəndi ərazisində 17,3 hektar sahədə salınmış qəsəbədəki evlərin 12-si birotaqlı, 23-ü ikiotaqlı, 48-i üçotaqlı, 12-i dördotaqlıdır.

 

Qəsəbədə elektrik enerjisi və su təchizatı sistemi yaradılıb, nasosxana tikilib və yanğınsöndürmə hidrantları quraşdırılıb, 2,9 kilometr yol, 5,2 kilometr qaz xətti çəkilib, 7,3 hektar sahə yaşıllaşdırılıb.

 

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri Dövlət Komitəsinin Repatriasiya Departamenti qəsəbədəki evlərin bölgüsündə şəffaflığı və ədalətliliyi təmin etmək üçün püşkatma keçirib. Püşkatmanın nəticəsində müvafiq qaydada məcburi köçkünlərin yeni evlərdə yerləşdirilməsinə başlanılıb.

 

Bundan başqa, Bakıda müvəqqəti məskunlaşmış 30  məcburi köçkün ailəsinə, onların fərdi müraciətləri əsasında, Füzuli rayonundakı daimi yaşayış yerlərinə qayıtmaq imkanı yaradılıb. Belə ki, bu ailələrə məxsus olan və birinci Qarabağ müharibəsi zamanı dağıntıya məruz qalan evlər, Prezident İlham Əliyevin tapşırığına əsasən, yenidən tikilib və sahiblərinə verilib. Tikinti işləri ötən il dövlət büdcəsindən komitəyə ayrılmış vəsaitdən əldə edilən qənaət hesabına aparılıb.

 

Məcburi köçkünlər daimi yaşayış yerlərində məskunlaşdıqlarına, zəruri məişət şəraiti ilə təmin olunduqlarına görə onların sosial rifahının yaxşılaşmasına böyük diqqət və əvəzsiz qayğı göstərən ölkə rəhbərinə minnətdarlıq bildiriblər.

 

 

23 May, 2023 / Tədbirlər Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş ağacəkmə tədbirləri keçirilib
15 May, 2023 / Tədbirlər Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş turnir keçirilib
10 May, 2023 / Tədbirlər Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib
02 May, 2023 / Tədbirlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
26 Aprel, 2023 / Tədbirlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
14 Aprel, 2023 / Tədbirlər Dövlət Komitəsində Başlıbel faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib
12 Aprel, 2023 / Tədbirlər Məcburi köçkünlərə hüquqi yardım göstərilib
11 Aprel, 2023 / Tədbirlər Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib
17 Mart, 2023 / Tədbirlər Məcburi köçkünlərin sosial sahibkarlıq brendləri təqdim olunub
16 Mart, 2023 / Tədbirlər Talış kəndinə 20 ailə köçürülüb
03 Mart, 2023 / Tədbirlər Ağalıda məskunlaşmış sakinlərin sayı 420-yə çatıb
28 Fevral, 2023 / Tədbirlər Daha 10 ailə doğma yurda köçürüldü
27 Fevral, 2023 / Tədbirlər Dünya Bankının məcburi köçkünlərlə bağlı layihəsi üzrə görülən işlərin təqdimatı keçirilib
16 Fevral, 2023 / Tədbirlər Mina təhlükəsinə dair növbəti təlim keçirilib
03 Fevral, 2023 / Tədbirlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
28 Yanvar, 2023 / Tədbirlər Mina təhlükəsinə dair növbəti təlim keçirilib
25 Yanvar, 2023 / Tədbirlər Dayanıqlı və davamlı icma quruculuğu konsepsiya sənədinin təqdimat mərasimi və dəyirmi masa müzakirələri keçirilib
18 Yanvar, 2023 / Tədbirlər Dövlət Komitəsində qanvermə aksiyası keçirilib
28 Dekabr, 2022 / Tədbirlər Məcburi köçkünlərə hüquqi yardım göstərilib
16 Dekabr, 2022 / Tədbirlər “Mina təhlükəsi” mövzusunda maarifləndirici təlim keçirilib