"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1264
Qaradağlı faciəsinin 29-cu ildönümü qeyd edilib
Tədbirlər 17 Fevral, 2021

Ermənistan silahlı qüvvələri tərəfindən Xocavənd rayonunun Qaradağlı kəndinin işğal edilməsindən və dinc sakinlərə qarşı həyata keçirilən soyqırımı cinayətindən 29 il keçir.

 

Erməni işğalçılarına qarşı 4 il qəhrəmanlıqla mübarizə aparan Qaradağlı kəndi 1992-ci il fevralın 17-də işğal edilərək yandırılıb, dinc əhaliyə qarşı soyqırımı törədilib. İşğal zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər güllələnib. Ümumilikdə əsir götürülənlərdən 68 nəfəri öldürülüb, 50 nəfəri böyük çətinliklərlə əsirlikdən azad edilib. Əsir götürülənlərdən 10 nəfəri qadın, 2 nəfəri məktəbli olub. Azad olunanların 5 nəfəri qadın olmaqla, 18 nəfər aldıqları sağalmaz yaralardan sonralar vəfat edib. Qaradağlıya Ermənistan silahlı qüvvələrinin həmlələri zamanı qətlə yetirilənlərdən 10-u qadın, 8-i məktəb yaşlı uşaq olub. Qaradağlı kəndində 91 nəfər, kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər, azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələr və qəbiristanlıq dağıdılıb. Kəndin 800-ə yaxın sakini məcburi köçkün düşüb.

 

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qaradağlı faciəsinin ildönümü münasibətilə Beyləqan rayonu ərazisində məskunlaşan xocavəndli məcburi köçkünlər “Yeni Qaradağlı” qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər. Qaradağlı kəndinin sakinləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhidlərin ailə üzvləri, keçmiş döyüşçülər abidə kompleksi önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər. Anım mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov iştirak edib.

 

Qaradağlı soyqırımı şahidləri AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində 29 il əvvəl baş verən qanlı hadisələrdən danışıblar. Kənd sakini Seyyur Nağıyev həmin günləri belə xatırlayır: “1992-ci il fevral ayında möhkəm döyüşlər gedirdi. Qaradağlı kəndi mühasirədə idi. Kənddə müdafiə dəstəsi yaratmışdıq. Qeyri-bərabər döyüşlərdə kəndin uşaqlı-qadınlı, cavanlı-qocalı bütün sakinləri qəhrəmanlıqla iştirak edirdi. Gülləmiz qurtardığı üçün döyüşü davam etdirə bilmədik. Erməni dəstələri kəndə girdilər. Bizi əsir götürüb Xankəndi istiqamətinə aparan erməni silahlıları Cəmiyyət kəndində Elmidarı maşından düşürüb, qadınların, uşaqların gözü qabağında öldürdülər. Erməni silahlıları yol boyu əsirləri düşürüb öldürürdülər. Bizi Xankəndində əsir saxlayanda bütün günü zülm, işgəncə verirdilər. Hər gün gəlib döyürdülər. Əsirlikdə olduğumuzun 40-cı günü idi, erməni nəzarətçi gələndə ayağa durmadım. Buna görə çənəmdən təpiklə necə vurdusa, çənəm qırıldı. Hələ ondan qabaq “Bəylik bağı”nda ermənilər çənəmdən güllə ilə vurmuşdular. Mənim yanımda İmran kişi var idi. Onu da mədəsindən elə vurdular ki, 7 gündən sonra öldü. Meyiti də 3-4 gün qaldı yanımızda".

 

Erməni işğalçıları Qaradağlı kənd sakini Turab Hüseynovun ailəsindən dörd nəfəri qətlə yetiriblər. “Düşmən kəndimizi mühasirəyə alıb hücuma keçdi. Yollar bağlı idi. Kəndə kömək gələ bilmirdi. Kənd camaatı dörd gün müdafiə olundu. Güllələr qurtardığı üçün ermənilər kəndi işğal etdilər. Fevralın 17-si mənim üçün çox ağırdır. Həmin gün həm kəndimiz işğal olunub, həm də atam, anam, iki qardaşımı öldürülüb. Biz inanırdıq ki, düşməndən qisasımız alınacaq. Şükür bugünkü günə, ordumuz bütün şəhidlərimizin qisasını aldı - düşmən üzərində qələbə qazanaraq işğal altında olan torpaqlarımızı azad etdi”, – deyə T.Hüseynov bildirib.

 

19 Mart, 2024 / Tədbirlər Böyük Qayıdışla bağlı fləşmob keçirilib
05 Mart, 2024 / Tədbirlər Zabuxda ağacəkmə aksiyası keçirilib
01 Mart, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
19 Yanvar, 2024 / Tədbirlər Dövlət Komitəsində qanvermə aksiyası keçirilib
29 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
28 Dekabr, 2023 / Tədbirlər Yaponiyalı opera müğənnisi məcburi köçkünlər üçün konsert verib
25 Dekabr, 2023 / Tədbirlər Laçın şəhərində "Böyük Qayıdış: Heydər Əliyev dühası" adlı tədbir təşkil edilib
20 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
13 Dekabr, 2023 / Tədbirlər Fotoqrafların işğaldan azad olunmuş ərazilərə infoturu təşkil edilib
12 Dekabr, 2023 / Tədbirlər Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı fləşmob keçirilib
11 Dekabr, 2023 / Tədbirlər “Böyük Qayıdış arzuları" adlı aksiya keçirilib
05 Dekabr, 2023 / Tədbirlər Otuz ölkəni təmsil edən xarici ekspertlər Zəngilanda bir araya gəliblər
30 Noyabr, 2023 / Tədbirlər İcma inkişafı məsələləri üzrə təlim keçirilib
30 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşlarına təlim keçirilib
27 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin təşkilati dəstəyi ilə tədbir təşkil edildi
23 Noyabr, 2023 / Tədbirlər Azərbaycanda ilk dəfə Təhsil Menecmenti Zirvəsi təşkil edilib
20 Noyabr, 2023 / Tədbirlər “Bura mənim evimdir” filminin təqdimat mərasimi keçirilib
18 Noyabr, 2023 / Tədbirlər “Böyük Qayıdış: Köçürülmə üzrə Püşkatma” tədbiri keçirilib
17 Noyabr, 2023 / Tədbirlər “Böyük Qayıdış: reinteqrasiya və icma əsaslı inkişaf” mövzusunda konfrans keçirilib
16 Noyabr, 2023 / Tədbirlər Səhiyyə Menecmenti Zirvəsində Böyük Qayıdışa həsr olunmuş panel müzakirəsi təşkil edilib