"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 473
Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin müəyyən olunmuş limit üzrə borcları tam ödənilir
Mətbuat xidmətinin məlumatı 23 Dekabr, 2020

“Azəriqaz” İstehsalat Birliyinin yaydığı məlumata görə, kompakt şəraitdə müvəqqəti məskunlaşmış, fərdi qaydada təbii qazla təmin olunmayan obyektlərdə yaşayan 8 772 məcburi köçkün ailəsi üzrə dövlətin ayırdığı limitdən (hər bir ailə üzvünə aylıq 35 kubmetr) artıq istifadə olunmuş təbii qazın dəyərinin ödənilməməsi nəticəsində 24.11.2020-ci il tarixinə 9 560 769 manat məbləğində borc yaranıb.

 

Bununla əlaqədar olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bildirir ki, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında”  23 yanvar 2017-ci il tarixli 1206 nömrəli Fərmanına əsasən, kompakt şəraitdə müvəqqəti məskunlaşmış, fərdi qaydada təbii qazla təmin olunmayan obyektlərdə yaşayan 7189 məcburi köçkün ailəsinin müəyyən olunmuş limit üzrə istehlak etdiyi təbii qazın dəyəri Komitə tərəfindən hər ay vaxtında və tam şəkildə “Azəriqaz” İB-nə ödənilir.

 

Yuxarıda göstərilən borc məbləği 2010-cu il yanvarın 1-dən 24 noyabr 2020-ci ilə qədər dövrdə məcburi köçkünlərin təbii qazdan müəyyənləşdirilmiş limitdən artıq istehlak etməsi nəticəsində yaranıb.

 

Məcburi köçkünlərin müəyyən olunmuş limitdən artıq istehlak etdiyi təbii qazın ödənilməsi üçün Dövlət Komitəsinə büdcə vəsaitinin ayrılması nəzərdə tutulmayıb.

 

Məcburi köçkün abonentlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə müasir tələblərə cavab verən yeni salınmış çoxmərtəbəli yaşayış komplekslərinin qazanxanalarında istehlak olunan təbii qazın dəyərinin ödənilməməsi ilə bağlı qeyd etmək istərdik ki, mövcud qanunvericilik əsasında, məcburi köçkünlərin istilik və isti su təchizatına görə hesablanan vəsait 2017-ci ilin sonuna qədər olan dövr üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada tam ödənilib. Hazırda 2018-ci ildən yaranmış borcların həmin qaydada ödənilməsi imkanları müzakirə edilir.

 

Ümumiyyətlə, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında”  Fərmanına əsasən, hər bir məcburi köçkünə və onlara bərabər tutulan şəxsə  yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən vahid aylıq müavinət ödənilir.

19 Yanvar, 2021 / Mətbuat xidmətinin məlumatı Şəhid ailələrinə və əlillərə birdəfəlik yardım göstərilib
08 Yanvar, 2021 / Mətbuat xidmətinin məlumatı Ölkə rəhbərinin tapşırığının icrası təmin edilir
11 Dekabr, 2020 / Mətbuat xidmətinin məlumatı İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradında iştirak ediblər
03 Dekabr, 2020 / Mətbuat xidmətinin məlumatı Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17 Noyabr, 2020 / Mətbuat xidmətinin məlumatı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar
15 Noyabr, 2020 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkün soydaşlarımızın mütləq əksəriyyəti öz doğma torpaqlarına qayıtmaq əzmindədir
10 Noyabr, 2020 / Mətbuat xidmətinin məlumatı İlham Əliyev xalqa müraciət edib
10 Noyabr, 2020 / Mətbuat xidmətinin məlumatı İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin videokonfrans formatında görüşüblər
08 Noyabr, 2020 / Mətbuat xidmətinin məlumatı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda və Şəhidlər xiyabanında olublar
05 Noyabr, 2020 / Mətbuat xidmətinin məlumatı İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibə verib
04 Noyabr, 2020 / Mətbuat xidmətinin məlumatı İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibə verib
31 Oktyabr, 2020 / Mətbuat xidmətinin məlumatı İlham Əliyevin Almaniyanın ARD televiziya kanalına müsahibəsi
28 Oktyabr, 2020 / Mətbuat xidmətinin məlumatı İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibə verib
26 Oktyabr, 2020 / Mətbuat xidmətinin məlumatı İlham Əliyev xalqa müraciət edib
26 Oktyabr, 2020 / Mətbuat xidmətinin məlumatı İlham Əliyev İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib
25 Oktyabr, 2020 / Mətbuat xidmətinin məlumatı Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində keçirilən operativ müşavirədə Ali Baş Komandan İlham Əliyevin nitqi
25 Oktyabr, 2020 / Mətbuat xidmətinin məlumatı İlham Əliyevin ABŞ-ın “Fox News” televiziya kanalına müsahibəsi
21 Oktyabr, 2020 / Mətbuat xidmətinin məlumatı İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib
20 Oktyabr, 2020 / Mətbuat xidmətinin məlumatı İlham Əliyev xalqa müraciət edib
19 Oktyabr, 2020 / Mətbuat xidmətinin məlumatı İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə videomüsahibə verib