"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1521
Dövlət Komitəsinin sədri Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb
Görüşlər 22 Dekabr, 2020

Dekabrın 22-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin  rəhbəri xanım Arian Baueri ilə görüşüb.

 

Dövlət Komitəsinin sədri qonaqlara Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün aparılan əks-həmlə əməliyyatı haqqında məlumat verib. Bildirib ki, bu əməliyyat nəticəsində Azərbaycan özünün ərazi bütövlüyünü bərpa edib. Münaqişənin dayandırılması azərbaycanlı məcburi köçkünlərin tarixən xalqımıza məxsus olan torpaqlara, oradakı ata-baba yurdlarına qayıtmasına şərait yaradır. Hazırda ölkə prezidentinin sərəncamlarına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərin minalardan təmizləməsi, yolların, kommunikasiya və kommunal xidmətlərin qurulması ilə əlaqədar işlər aparılır, daha sonra məcburi köçkünlərin öz torpaqlarına qaytarılması istiqamətində tədbirlər həyata keçiriləcəkdir.

 

Münaqişənin ilk illərində olduğu kimi, indi də məcburi köçkünlərin qayıdışı ilə əlaqədar keçirilən layihələrdə beynəlxalq təşkilatların, eləcə də BQXK-nın iştirakına ehtiyac vardır. Buna görə də əməkdaşlığı davam etdirmək, məcburi köçkünlərə psixoloji, mənəvi dəstək vermək üçün birgə fəaliyyət göstərmək vacibdir.

 

BQXK nümayəndələrinə bildirilib ki, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Prezident İlham Əliyev tərəfindən mühüm və təxirəsalınmaz tədbirlər həyata keçirilir. Dünyada koronavirus pandemiyası ilə əlaqədar  iqtisadi böhranın davam etdiyi dövrdə belə Azərbaycanda məcburi köçkünlərlə bağlı sosial layihələr ardıcıllıqla icra olunur. Birinci vitse-prezident xanım Mehriban Əliyeva bu kateqoriyadan olan vətəndaşlara xüsusi qayğı göstərir, onların problemlərinin həllinə daim diqqət yetirir.

 

Söhbət zamanı BQXK-nın ölkəmizdə həyata keçirdiyi layihələrin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, 2019-cu ildə Tərtər rayonunun inzibati vahidi olan Şıxarx qəsəbəsində, 2020-ci ildə  Ağdam rayonunun Quzanlı qəsəbəsində ilk yardım üzrə lazımi avadanlıq və materiallarla təmin edilmiş təlimlər keçirilib.  Təlimlərə yerli sakinlər və məcburi köçkünlər cəlb ediliblər.

 

BQXK-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Arian Baueri təşkilatın çoxşaxəli fəaliyyəti haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, BQXK son dövrlərdə öz fəaliyyətini genişləndirib, işə yeni əməkdaşlar cəlb edilib. 

 

Görüşdə Dövlət Komitəsi ilə BQXK arasında əməkdaşlığın daha da genişləndirilməsi imkanlarına toxunulub, qaşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

16 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
09 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində BMT QAK-ın nümayəndələri ilə görüş keçirilib
09 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
02 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
19 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
18 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Siyəzəndə vətəndaşları qəbul edib
15 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində BMqT nümayəndələri ilə görüş keçirildi
13 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihənin təqdimatı keçirilib
12 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
04 Mart, 2024 / Görüşlər İctimai Şura üzvlərinin Böyük Qayıdış prosesində aktivliyi artırılacaq
01 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində almaniyalı deputatlarla görüş keçirilib
27 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
21 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Ağdaşda vətəndaşları qəbul edib
20 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Fevral, 2024 / Görüşlər Dünya Bankı nümayəndələri ilə görüş keçirilib
13 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
08 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri bir qrup mərakeşli jurnalistlə görüşüb
30 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib