"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 69
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin videokonfrans formatında görüşüblər
Mətbuat xidmətinin məlumatı 10 Noyabr, 2020

Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin videokonfrans formatında görüşüblər.

Rusiya Prezidenti Vladimir Putin dedi:

-Axşamınız xeyir, hörmətli İlham Heydər oğlu.

Prezident İlham Əliyev: Axşamınız xeyir, Vladimir Vladimiroviç.

Prezident Vladimir Putin: Bu gün biz sizinlə Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin üçtərəfli bəyanatını imzalayırıq.

Mən çox ümid edirəm ki, bizim birgə bəyanatımızda şərh edilmiş bu qərar nəinki Ermənistan ilə Azərbaycan arasında çoxillik qarşıdurmaya son qoyacaq, bu torpaqlarda qan tökülməsinə son qoyacaq, həm də bizim bugünkü bəyanatda təsbit etdiyimiz razılaşmalara etibarlı nəzarət mexanizmi yaradacaq, ən başlıcası, uzunmüddətli tarixi perspektiv üçün, regionda münasibətlərin, ilk növbədə, həm Azərbaycan, həm də erməni xalqlarının mənafeyi naminə Azərbaycan Respublikası ilə Ermənistan arasında dostluq münasibətlərinin inkişafı üçün əlverişli şərait yaradacaq. Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Sağ olun, hörmətli Vladimir Vladimiroviç. Mən öz tərəfimdən demək istərdim ki, bu gün Ermənistan ilə Azərbaycan arasında çoxillik münaqişənin nizamlanması işinə nöqtə qoyulur, Azərbaycan torpaqlarının işğalına son qoyulur və saatlarla, ümumiyyətlə desək, günlərlə vaxt sərf edib mühüm mövqeləri razılaşdırmaq yolu ilə nizamlamaya nail olduq ki, mənim fikrimcə həm Azərbaycanın, həm də Ermənistanın və region ölkələrinin xalqlarının mənafelərinə cavab verir. Deməliyəm ki, indi bizim gördüyümüz münaqişənin hərbi-siyasi nizamlanması əminəm ki, regionumuzda uzunmüddətli sülhə, həmrəyliyə gətirib çıxaracaq, qarşıdurmaya və qan tökülməsinə son qoyacaq.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi bizim regionda, Avrasiya məkanında ən uzunmüddətli münaqişələrdən biridir və bu gün həmin münaqişənin sona yaxınlaşması tarixi hadisədir, ilk növbədə, çoxillik işğaldan azad olan Azərbaycan xalqı üçün tarixi hadisədir. Bu, həm də beynəlxalq hüququn norma və prinsiplərinin təntənəsi, BMT Təhlükəsizlik Şurasının əfsuslar olsun ki, uzun müddət kağız üzərində qalmış qətnamələrinin implementasiyasıdır.

Vladimir Vladimiroviç, Sizə həm əvvəlki illərdə və xüsusən münaqişənin qaynar fazası dövründə fəal iştirakınıza görə təşəkkürümü bildirmək istərdim. Bu gün üç ölkə rəhbərinin bu sənədi imzalaması bu münaqişənin nizamlanmasında Rusiya Federasiyasının xüsusi roluna dəlalət edir. Əminəm ki, regionda gələcək fəaliyyətdə, o cümlədən münaqişənin nəticələrinin aradan qaldırılması və Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün Rusiya Federasiyasının rolu sanballı olacaq. Bu gün Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana da münaqişənin siyasi yolla nizamlanması işində fəal iştirakına görə təşəkkürmü bildirmək istərdim. Bugünkü bəyanatın bəndlərindən biri Rusiya ilə Türkiyənin birgə sülhməramlı missiyasıdır. Beləliklə, biz regionda təkcə münaqişənin nizamlanması çərçivəsində deyil, həm də gələcək inkişaf üçün qarşılıqlı fəaliyyətin tamamilə yeni formatını yaradırıq. Buna görə də bəndlərdən biri də bütün nəqliyyat kommunikasiyalarının açılmasıdır. Bu, bütün region ölkələrinin xeyrinə olacaq. Ona görə də bu gün mən bu sənədi sevinc hissi ilə, qürur hissi ilə imzalayıram və bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını təbrik etmək istərdim. Sağ olun.

Prezident Vladimir Putin: Mənim fikrimcə, dediyim kimi, bu, həqiqətən həm erməni, həm də Azərbaycan xalqlarının xeyrinə və onların mənafeyi naminədir. Rusiya öz tərəfindən əlindən gələni edəcək ki, üç tərəf arasında danışıqların gedişində əldə edilmiş mövqelər, bu gün bizim imzaladığımız bəyanat hamısı icra olunsun. Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Sağ olun, Vladimir Vladimiroviç. İmzalamaya başlayaq.

Prezident Vladimir Putin: Bəli.

Prezident İlham Əliyev və Prezident Vladimir Putin bəyanatı imzaladılar.

Prezident Vladimir Putin: Sizə təşəkkür edirəm, İlham Heydər oğlu.

Prezident İlham Əliyev: Çox sağ olun, Vladimir Vladimiroviç.

Prezident Vladimir Putin: Bu ərazilərdə yaşayan bütün insanlara, bütün xalqlara ən xoş arzularımı bildirirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, sizinlə biz xeyirxah iş gördük və bu regiondakı bütün ölkələr arasında münasibətlərin durmadan inkişafı, bu ərazilərdə yaşayan insanların, Azərbaycan və erməni xalqlarının rifahı üçün yaxşı baza şəraiti yaratdıq. Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Bir daha sağ olun, Vladimir Vladimiroviç. Sizin şəxsi iştirakınıza görə təşəkkür edirəm və əminəm ki, bu gün baş verənlər Rusiya, Azərbaycan və Ermənistan xalqlarının tarixində çox mühüm tarixi gün kimi qalacaq. Bir daha sağ olun.

Prezident Vladimir Putin: Sağ olun.

Prezident İlham Əliyev: Çox sağ olun.

Prezident Vladimir Putin: Xudahafiz.

Prezident İlham Əliyev: Xudahafiz.

 

 

17 Noyabr, 2020 / Mətbuat xidmətinin məlumatı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar
15 Noyabr, 2020 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkün soydaşlarımızın mütləq əksəriyyəti öz doğma torpaqlarına qayıtmaq əzmindədir
10 Noyabr, 2020 / Mətbuat xidmətinin məlumatı İlham Əliyev xalqa müraciət edib
08 Noyabr, 2020 / Mətbuat xidmətinin məlumatı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda və Şəhidlər xiyabanında olublar
05 Noyabr, 2020 / Mətbuat xidmətinin məlumatı İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibə verib
04 Noyabr, 2020 / Mətbuat xidmətinin məlumatı İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibə verib
31 Oktyabr, 2020 / Mətbuat xidmətinin məlumatı İlham Əliyevin Almaniyanın ARD televiziya kanalına müsahibəsi
28 Oktyabr, 2020 / Mətbuat xidmətinin məlumatı İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibə verib
26 Oktyabr, 2020 / Mətbuat xidmətinin məlumatı İlham Əliyev xalqa müraciət edib
26 Oktyabr, 2020 / Mətbuat xidmətinin məlumatı İlham Əliyev İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib
25 Oktyabr, 2020 / Mətbuat xidmətinin məlumatı Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində keçirilən operativ müşavirədə Ali Baş Komandan İlham Əliyevin nitqi
25 Oktyabr, 2020 / Mətbuat xidmətinin məlumatı İlham Əliyevin ABŞ-ın “Fox News” televiziya kanalına müsahibəsi
21 Oktyabr, 2020 / Mətbuat xidmətinin məlumatı İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib
20 Oktyabr, 2020 / Mətbuat xidmətinin məlumatı İlham Əliyev xalqa müraciət edib
19 Oktyabr, 2020 / Mətbuat xidmətinin məlumatı İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə videomüsahibə verib
17 Oktyabr, 2020 / Mətbuat xidmətinin məlumatı İlham Əliyev xalqa müraciət edib
16 Oktyabr, 2020 / Mətbuat xidmətinin məlumatı İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına müsahibə verib
16 Oktyabr, 2020 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin sədri ATƏT-in Minsk Qrupunun üzvü olan ölkələrə müraciət edib
15 Oktyabr, 2020 / Mətbuat xidmətinin məlumatı İlham Əliyev Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibə verib
15 Oktyabr, 2020 / Mətbuat xidmətinin məlumatı İlham Əliyev Türkiyənin NTV televiziyasına müsahibə verib