"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 533
Müharibədən əziyyət çəkən məcburi köçkün ailələrinə yardım ediləcək
Görüşlər 30 Oktyabr, 2020

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov Koreya Respublikasının ölkəmizdəki səfirliyinin rəsmisi xanım Ji Youn Woo ilə görüşüb. Görüşdə səfirlik tərəfindən məcburi köçkün ailələrinə ediləcək humanitar yardım məsələləri müzakirə edilib.

 

Fuad Hüseynov qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri barədə məlumat verib. Ermənistanın hərbi təcavüzü və işğalçılıq siyasəti 1 milyon 200 min azərbaycanlının öz torpaqlarından didərgin düşməsinə, ölkəmizin qaçqınlıq və məcburi köçkünlük problemləri ilə üzləşməsinə səbəb olub. Azərbaycan dövləti bu problemlərin həlli istiqamətində müntəzəm iş aparır, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi prioritet vəzifələr ardıcıllıqla yerinə yetirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə böyük layihələr həyata keçirilir. Məcburi köçkünlərin sosial müdafiəsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq imkanlarının artırılması məsələlərinə daim diqqət göstərilir. 

 

Bildirilib ki, məcburi köçkünlərin cəmiyyətə inteqrasiyası ilə bağlı Azərbaycan dövləti fəaliyyətini iki istiqamətdə qurub, onların sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, digəri isə artıq astanasında olduğumuz “Böyük Qayıdış” proqramının tam icra olunmasıdır.

 

Qeyd olunub ki, Ermənistan silahlı birləşmələrinin bu il sentyabrın 27-də genişmiqyaslı təxribatlarına başlamasına cavab olaraq müzəffər Azərbaycan Ordusu torpaqlarımızın işğaldan qurtarılması məqsədi ilə əks-hücum əməliyyatlarına başlayıb. Döyüş meydanında məğlub olan və davamlı şəkildə geri çəkilən işğalçı qüvvələrin Azərbaycanın cəbhə xəttinə yaxın yaşayış məntəqələrini aramsız atəşə tutması nəticəsində, mülki şəxslər, o cümlədən məcburi köçkünlər arasında ölən və yaralananlar var. Məcburi köçkünlərin Tərtər, Ağdam, Füzuli, Goranboy rayonlarında müvəqqəti məskunlaşdığı 350-dən çox mənzil qismən, yaxud tamamilə dağıdılıb. 15 minə yaxın insan ikinci dəfə məcburi köçkün düşmək təhlükəsi ilə üz-üzə qalıb.

 

Koreya Respublikasının ölkəmizdəki səfirliyinin rəsmisi xanım Ji Youn Woo Ermənistan silahlı birləşmələrinin hücumu nəticəsində mülki şəxslərin həlak olmasından təəssüfləndiyini bildirib. Qeyd olunub ki, səfirlik məcburi köçkün ailələrinin münaqişə vəziyyətində olmasını və koronovirusa yoluxanların sayının kəskin artmasını nəzərə alaraq məcburi köçkünlərə yardım ediləcək. Yardım ədyal və tibbi vasitələrdən ibarət olacaq.

 

Komitə sədrinin müavini məcburi köçkünlərə ediləcək yardımlara görə təşəkkür edib və yardımın nəqli, saxlanması və ailələrə çatdırılması üçün  komitə tərəfindən dəstək verilə biləcəyini deyib.

 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

14 Aprel, 2021 / Görüşlər Dövlət Komitəsində Ukraynanın Baş nazirinin müavini ilə görüş keçirilib
12 Aprel, 2021 / Görüşlər Dövlət Komitəsində Türkiyənin ölkəmizdəki səfiri ilə görüş olub
13 Mart, 2021 / Görüşlər Dövlət Komitəsində Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüş olub
05 Mart, 2021 / Görüşlər Dövlət Komitəsində Böyük Britaniyanın səfiri ilə görüş keçirilib
15 Fevral, 2021 / Görüşlər Dövlət Komitəsində Almaniyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib
05 Fevral, 2021 / Görüşlər Məcburi köçkünlərin qayıdışı ilə bağlı məsələlər müzakirə edilib
22 Yanvar, 2021 / Görüşlər Dövlət Komitəsində BMqT nümayəndəsi ilə görüş keçirilib
12 Yanvar, 2021 / Görüşlər Dövlət Komitəsində Kəlbəcər rayonunun Ağdaban və Çayqovuşan kəndlərinin bir qrup sakini ilə görüş keçirilib
06 Yanvar, 2021 / Görüşlər Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının ilk iclası keçirilib
22 Dekabr, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb
18 Dekabr, 2020 / Görüşlər Dövlət Komitəsində Koreyanın Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüş keçirilib
26 Noyabr, 2020 / Görüşlər Koreya səfirliyi məcburi köçkünlərə dəstək tədbirlərini gələcək illərdə daha da genişləndirəcək
17 Noyabr, 2020 / Görüşlər Dövlət Komitəsində Avropa Komissiyasının eksperti ilə onlayn görüş keçirilib
13 Noyabr, 2020 / Görüşlər Dövlət Komitəsində məcburi köçkünlərin bir qrupu ilə görüş keçirilib
12 Noyabr, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri Fransa Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb
09 Oktyabr, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri BMT nümayəndəsi ilə humanitar məsələləri müzakirə edib
05 Oktyabr, 2020 / Görüşlər Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş səfirinə Ermənistanın təxribatı haqqında məlumat verilib
22 Sentyabr, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib
21 Sentyabr, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri BQXK-nın Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbərini qəbul edib
15 Sentyabr, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri videoqəbul keçirib