"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1716
Baş nazirin müavini – Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov Fələstin dövlətinin Azərbaycandakı ilk fövqəladə və səlahiyyətli səfiri Nasir Əbdül Kərim Əbdürrəhmanı onun xahişi ilə qəbul etmişdir.
Mətbuat xidmətinin məlumatı 08 Sentyabr, 2011
Əsasən tanışlıq məqsədi daşıyan görüşdə qonağı salamlayan Baş nazirin müavini cənab Ə.Həsənov ilk növbədə ölkəmizin üzləşdiyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bunun nəticəsində yaranmış qaçqın və məcburi köçkün problemi, bunların yaranma səbəbləri, bu təbəqədən olan soydaşlarımızın problemlərinin həllində dövlətin həyata keçirdiyi geniş miqyaslı tədbirlər barədə hərtərəfli məlumat vermişdir. O, bu ilin yayında Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın Azərbaycana ilk səfəri və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə mətbuata bəyanatındakı fikirlərə istinad edərək bildirmişdir ki, bir-birinə böyük rəğbətlə yanaşan xalqlarımız arasında əlaqələrin böyük tarixi olduğu kimi oxşar problemlərimiz də vardır, Fələstinin də torpaqları işğal altındadır, Azərbaycanın da, orada da çoxsaylı qaçqınlar var, bizdə də. Xüsusən son vaxtlar hər iki dövlət arasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişafını Azərbaycan və Fələstin diplomatiyasının uğuru kimi dəyərləndirməklə Azərbaycanın bütün beynəlxalq təşkilatlarda Fələstin Dövlətini dəstəklədiyini deyən Baş nazirin müavini hər iki ölkənin üzləşdikləri problemlərin sülh yolu ilə həll ediləcəyinə əminliyini bildirmişdir. Qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların son mərhələsi haqqında məlumat verən Ə.Həsənov bildirmişdir ki, uzun illərdir Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü pozulubdur. Bir milyondan artıq qaçqınımız, köçkünümüz vardır. Torpaqlarımızın 20 faizi işğal altındadır. Azərbaycanlılar doğma torpaqlarında etnik təmizləmə siyasətinə məruz qalmışlar. İşğal edilmiş torpaqlarda bütün binalar dağıdılıb. Məktəblər, xəstəxanalar, tarixi abidələrimiz, dini abidələrimiz ermənilər tərəfindən yerlə-yeksan edilibdir. O, qeyd etmişdir ki, beynəlxalq aləm bizim mövqeyimizi dəstəkləyir. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası məsələ ilə bağlı dörd qətnamə qəbul etmişdir. Qətnamələrdə göstərilir ki, Ermənistanın işğalçı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. Əfsuslar olsun ki, bu günə qədər Ermənistan tərəfi bu qətnamələrə məhəl qoymur. Münaqişənin həlli üçün kifayət qədər hüquqi əsaslar olmasına baxmayaraq Ermənistanın qeyri-konstruktiv mövqeyi, bəzi nüfuzlu dövlət və təşkilatların işğalçını öz adı ilə çağırmaması münaqişənin həllini uzadır. Hər iki regionda baş verən hadisələrlə bağlı ətraflı fikir mübadiləsi aparılan görüşdə fələstinli diplomata Azərbaycandakı qaçqın və məcburi köçkün probleminin həlli istiqamətində əldə olunmuş təcrübə ilə yaxından maraqlanmasını nəzərə alaraq bu sahədə görülən işlər barədə də hərtərəfli məlumat verilmiş, bu problemlə bağlı onu maraqlandıran suallara aydınlıq gətirilmişdir. Qəbula və hərtərəfli məlumata görə minnətdarlığını bildirən səfir bu cür görüşlərin gələcəkdə də davam etdirilməsinin və problemin həllində Azərbaycanın qazandığı və beynəlxalq qurumlar tərəfindən də yüksək dəyərləndirilən təcrübəsindən bəhrələnməyin vacib olduğunu da diqqətə çatdırmışdır.
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb