"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1187
Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş səfirinə Ermənistanın təxribatı haqqında məlumat verilib
Görüşlər 05 Oktyabr, 2020

Oktyabrın 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada ilə görüşüb.

 

Dövlət Komitəsinin sədri qonağı yeni təyinatı münasibəti ilə təbrik edib və ona fəaliyyətində uğur arzu edib.

 

Səfirə məcburi köçkünlərlə bağlı həyata keçirilən dövlət siyasəti haqqında məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin problemlərinin həllini sosial siyasətin prioritetlərindən biri kimi müəyyənləşdirib, onların yaşayış şəraitinin yaxşılaşdırılmasına, məşğulluğunun artırılmasına xüsusi diqqət yetirilir. Dövlət qayğısı nəticəsində bu günədək məcburi köçkünlər üçün 100-dən çox yeni qəsəbə salınıb, nəticədə bu kateqoriyadan olan 320 min vətəndaşın mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Birinci vise-prezident xanım Mehriban Əliyeva bu kateqoriyadan olan vətəndaşlarla bağlı bütün məsələlərin həllinə qayğı və həssaslıqla yanaşır.

 

Səfirə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, səbəbləri və mövcud vəziyyəti, Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, eyni zamanda digər beynəlxalq təşkilatların qəbul etdiyi qərarların hələ də icra olunmadığı  haqqında məlumat verilib.

 

Yaponiyalı diplomata təcavüzkar Ermənistanın hərbi birləşmələrinin son günlər törətdiyi təxribat və buna cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatı barədə məlumat verilib. Təəssüflə bildirilib ki, işğalçıların cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrimizi intensiv atəşə tutması nəticəsində mülki əhali, o cümlədən məcburi köçkünlər arasında həlak olanlar və yaralananlar vardır.

 

Dövlət Komitəsinin sədri Yaponiya tərəfindən müxtəlif illərdə məcburi köçkünlərlə bağlı həyata keçirdiyi layihələrə görə təşəkkür edib.

 

Cuniçi Vada səmimi qəbula görə minnətdarlığını bildirib. Öz ölkəsinin dünyada sülhə böyük önəm verdiyini vurğulayan səfir, bununla yanaşı, işğalın aradan qaldırılması uğrunda Azərbaycanın göstərdiyi şücaəti bəyəndiyini və dəstəklədiyini, münaqişənin həllinin region üçün mühüm əhəmiyyət daşıdığını bildirib.  Qeyd olunub ki, Yaponiya tərəfindən ölkəmizdə məcburi köçkünlərə dəstək məqsədi ilə layihələr icra edilir.

 

Əməkdaşlığın bundan sonra da genişləndirilərək davam edəcəyinə əminlik ifadə olunub.

19 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
18 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Siyəzəndə vətəndaşları qəbul edib
15 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində BMqT nümayəndələri ilə görüş keçirildi
13 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihənin təqdimatı keçirilib
12 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
04 Mart, 2024 / Görüşlər İctimai Şura üzvlərinin Böyük Qayıdış prosesində aktivliyi artırılacaq
01 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində almaniyalı deputatlarla görüş keçirilib
27 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
21 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Ağdaşda vətəndaşları qəbul edib
20 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Fevral, 2024 / Görüşlər Dünya Bankı nümayəndələri ilə görüş keçirilib
13 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
08 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri bir qrup mərakeşli jurnalistlə görüşüb
30 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib
18 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Şəmkirdə vətəndaşları qəbul edib
18 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində xarici qonaqlarla görüş keçirilib
16 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib