"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1266
Dövlət Komitəsinin sədri BQXK-nın Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbərini qəbul edib
Görüşlər 21 Sentyabr, 2020

Sentyabrın 21-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri xanım Arian Baueri və nümayəndəliyin rəhbəri vəzifəsində fəaliyyəti başa çatan xanım Elena  Aymone Sessera ilə görüşüb.

 

Dövlət Komitəsinin sədri Arian Baueri yeni təyinatı münasibəti ilə təbrik edib.

 

Görüşdə qonaqlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdundan didərgin düşmüş 1 milyon 200 mindən soydaşımızın üzləşdiyi çətinliklər və məhrumiyyətlər haqqında məlumat verilib . Bildirilib ki, BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı 4 qətnaməsi hələ də icra edilməyib. Ermənistan işğalçılıq siyasətini davam etdirir, hərbi qarşıdurmanı qızışdırmağa cəhd göstərir. Bu gün Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan ordusunun hərbi qulluqçularından biri şəhid olub, biri yaralanıb. 

 

BQXK nümayəndələrinə bildirilib ki, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Prezident İlham Əliyev tərəfindən mühüm və təxirəsalınmaz tədbirlər həyata keçirilir. Hazırda dünyada koronavirus pandemiyası ilə əlaqədar  iqtisadi böhranın davam etdiyi bir vaxtda belə Azərbaycanda məcburi köçkünlərlə bağlı sosial layihələr ardıcıllıqla icra olunur, yeni qəsəbələr salınır. Birinci vitse-prezident xanım Mehriban Əliyeva bu kateqoriyadan olan vətəndaşlara xüsusi qayğı göstərir, onların problemlərinin həllinə daim diqqət yetirir.

 

Görüşdə xatırlanıb ki, Ümumilli Lider Heydər Əliyevin çağırışı ilə ötən əsrin 90-cı illərində Azərbaycana gələn beynəlxalq təşkilatların dəstəyi nəticəsində ölkəmizdə humanitar fəlakətin qarşısı alınıb. Həmin dövrdə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycanda fəaliyyəti, qaçqınların və məcburi köçkünləri çadırlarla, ərzaq və digər ləvazimatlarla təminatında fəal iştirakı unudulmur, dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilir.

 

Diqqətə çatdırılıb ki, Dövlət Komitəsi Beynəlxalq Qızıl Xaç Komitəsi və Qızıl Aypara Cəmiyyətləri ilə birgə cəbhəyanı ərazilərdə və təmas xəttində yaşayan məcburi köçkünlər üçün ilk tibbi yardım təlimləri keçirilir. Ötən il Tərtərdə keçirildikdən sonra bu təlimlər koronavirus pandemiyası ilə əlaqədar təxirə salınıb. İndi Ağdam rayonunda təlimlərin keçirilməsi üçün hazırlıq görülür.

 

Söhbət zamanı Dövlət Komitəsi ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında əməkdaşlığın daha da genişləndirilməsi imkanlarına toxunulub, qaşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

 

Xanım Elena Aymone Sessera təmsil etdiyi beynəlxalq təşkilatın ölkəmizdəki fəaliyyət istiqamətləri haqqında məlumat verib. Bildirib ki, BQXK tərəfindən keçirilən digər təlimlərdə yerli icma ilə yanaşı, məcburi köçkünlər də iştirak edir.

 

Xanım Arian Baueri səmimi qəbula görə təşəkkür edib. Əlaqələrin bundan sonra da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

 

Dövlət Komitəsinin sədri xanım Elena  Aymone Sesseraya ölkəmizdəki səmərəli fəaliyyətinə görə təşəkkür edib və ona gələcək işlərində uğurlar arzulayıb.

22 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Tərtərdə vətəndaşları qəbul edib
16 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
09 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində BMT QAK-ın nümayəndələri ilə görüş keçirilib
09 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
02 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
19 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
18 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Siyəzəndə vətəndaşları qəbul edib
15 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində BMqT nümayəndələri ilə görüş keçirildi
13 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihənin təqdimatı keçirilib
12 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
04 Mart, 2024 / Görüşlər İctimai Şura üzvlərinin Böyük Qayıdış prosesində aktivliyi artırılacaq
01 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində almaniyalı deputatlarla görüş keçirilib
27 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
21 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Ağdaşda vətəndaşları qəbul edib
20 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Fevral, 2024 / Görüşlər Dünya Bankı nümayəndələri ilə görüş keçirilib
13 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
08 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri bir qrup mərakeşli jurnalistlə görüşüb
30 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib