"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 980
Məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Qızıl Qum sanatoriyası ilə bağlı Dövlət Komitəsinin məlumatı
Mətbuat xidmətinin məlumatı 16 Sentyabr, 2020

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə sentyabrın 14-də axşam radələrində Bakı şəhərinin Sabunçu rayonunun Pirşağı qəsəbəsində, məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı “Qızılqum” sanatoriyasının beşmərtəbəli binasında qəza vəziyyətinin yaranması haqqında məlumat daxil olub.

 

Dövlət Komitəsinin sədri Rövşən Rzayev və Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev hadisə yerində olublar. Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri nümayəndələrinin iştirakı ilə binaya baxış keçirilib.

 

Binanın beton konstruksiyalarında qüsurlar qeydə alındığı üçün məcburi köçkünlərə binanı tərk etmək tövsiyə olunub. Fövqəladə Hallar Nazirliyi məcburi köçkünlərin gecələməsi üçün ərazidə çadırlar, səhra mətbəxi və yeməkxana qurub. Ərazi işıqlandırılması üçün Azərişıq ASC tərəfindən transformatorla təmin edilib.

 

Sentyabrın 16-da Fövqəladə Hallar Nazirliyi qəzalı vəziyyətdə olan binadan sakinlərin təxliyyəsinin vacibliyini bildirib. Hazırda binada müvəqqəti məskunlaşmış 98 məcburi köçkün ailəsinin kirayə mənzillərə köçürülməsi üçün Dövlət Komitəsi və Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən tədbirlər görülür.

 

Dövlət Komitəsi həmin ailələri məcburi köçkünlər üçün Bakı şəhərinin Sabunçu rayonu ərazisində tikilən, gələn ilin əvvəllərində istifadəyə veriləcək yeni yaşayış kompleksində yerləşdirməyi nəzərdə tutub.

29 İyun, 2022 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər doğma yurda qayıdışla bağlı fikirlərini bölüşür
23 İyun, 2022 / Mətbuat xidmətinin məlumatı Goranboyda məcburi köçkün qəsəbəsində selin törətdiyi fəsadların aradan qaldırılması üçün tədbirlər görülür
10 İyun, 2022 / Mətbuat xidmətinin məlumatı Xanəndə Ehtiram Hüseynov Laçında...
06 İyun, 2022 / Mətbuat xidmətinin məlumatı Ağalıda yeni həyat başlayır
31 May, 2022 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
28 May, 2022 / Mətbuat xidmətinin məlumatı Xarici diplomatlara məcburi köçkünlərlə bağlı dövlət siyasəti barədə məlumat verilib
27 May, 2022 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin sədr müavini beynəlxalq vebinarda çıxış edib
27 May, 2022 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər doğma yurda qayıdışla bağlı fikirlərini bölüşür
19 May, 2022 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin əməkdaşları “İcma əsaslı hamilik” mövzusunda təlimdə iştirak ediblər
10 May, 2022 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi ümummilli lider Heydər Əliyevin ad günü ilə bağlı videoreportaj hazırlayıb
04 May, 2022 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər doğma yurda qayıdışla bağlı fikirlərini bölüşür
27 Aprel, 2022 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi Dünya bankı ilə əməkdaşlığı davam etdirir
25 Aprel, 2022 / Mətbuat xidmətinin məlumatı Doğma yurda səfərlər şəhid ailələri üçün böyük təskinlikdir
22 Aprel, 2022 / Mətbuat xidmətinin məlumatı Müəllimlər üçün mina təhlükəsinə dair təlim keçiriləcək
21 Aprel, 2022 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər doğma yurda qayıdışla bağlı fikirlərini bölüşür
19 Aprel, 2022 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkün gənclər doğma yurda qayıdışla bağlı fikirlərini bölüşüb
18 Aprel, 2022 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi Başlıbel qətliam ilə əlaqədar videomaterial və infoqrafika hazırlayıb
15 Aprel, 2022 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin əməkdaşları üçün təlim keçiriləcək
13 Aprel, 2022 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkün gənclər doğma yurda qayıdışla bağlı fikirlərini bölüşüb
11 Aprel, 2022 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkün qadınlar üçün peşə təlimləri keçiriləcək