"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 3132
Şəhid övladları "Əsgərə salam" layihəsində
Tədbirlər 20 Avqust, 2020

Onun məsum baxışlarında hələ atasızlıq kədəri yoxdur. Körpədi hələ... Böyüdükcə, yaşa dolduqca atasının kim olduğunu anlayacaq. “Sən şəhid oğlusan!” sözlərini qürurla dinləyəcək. Atasızlığını hiss edəndə bu müqəddəs ad ona təsəlli gətirəcək, həyat eşqi və mübarizə ruhu aşılayacaq. Bu gün  isə o, şəhid atasının silahdaşları üçün, bütün cəmiyyət üçün bir əmanətdir. Şəhid əmanəti!” 

 

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Heydər Əliyev Fondu və Müdafiə Nazirliyinin dəstəyi ilə gerçəkləşdirilən “Əsgərə salam” hərbi-vətənpərvərlik sosial layihəsinə daha bir şəhid övladı qoşulub. Bu, iyulun 12-də Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat zamanı qəhrəmancasına şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət edən baş əsgər Elşad Dönməz oğlu Məmmədovun oğlu Məhəmməddir. Şəhidin döyüşçü dostları onun əmanəti olan övladı və valideynləri ilə birlikdə fotoobyektiv qarşısında dayanıblar. Bu ordumuzun gücünün və  xalqla birliyinin təcəssümü, müqəddəs amal uğrunda həyatını qurban verən şəhidlərimizin ruhuna ehtiramın və şəhid ailələrinə qayğının bariz ifadəsidir.

 

Azərbaycan Ordusunun rəşadətli hərbi qulluqçularının şəhid ailəsi ilə görüşündə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məsul nümayəndələri də iştirak ediblər. Onlar uzun müddətdir davam edən hərbi-vətənpərvərlik aksiyasına qoşulduqlarına görə şəhid Elşad Məmmədovun ailəsinə və döyüşçü dostlarına minnətdarlıq bildiriblər.

 

Tovuz istiqamətindəki döyüşlərdə şəhid olan general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin övladları da "Əsgərə salam" layihəsində iştirak edirlər. Onların hərbi salamlama vəziyyətində çəkdirdikləri fotoşəkillər sosial şəbəkələrdə paylaşılıb.

 

Xatırladaq ki, bu ilin əvvəlindən etibarən gerçəkləşdirilən “Əsgərə salam” hərbi-vətənpərvərlik layihəsi cəmiyyətin müxtəlif təbəqələrinin Ali Baş Komandana etimadını, Silahlı Qüvvələrimizin şəxsi heyəti ilə həmrəyliyini nümayiş etdirir. Layihədə iştirak edənlər, kollektiv və ya fərdi şəkildə hərbi salamlama vəziyyətində şəkil çəkdirərək öz sosial şəbəkə hesablarında #esgeresalam #dovletqacqinkom həştəqlərini qeyd etməklə paylaşırlar. Layihəyə qoşulanların sayı artıq yüz mini ötüb. Layihə çərçivəsində, həmçinin, “Əsgərə salam” adlı fləşmob, futzal turniri, inşa müsabiqəsi təşkil edilib. Layihədə iştirak etmək istəyənlər hərbi salamlama vəziyyətində şəkil çəkdirərək, sosial şəbəkələrdə #esgeresalam həştəqi ilə paylaşa bilərlər.

 

19 Aprel, 2024 / Tədbirlər 1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib
17 Aprel, 2024 / Tədbirlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinə seçki keçirilib
16 Aprel, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
06 Aprel, 2024 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün ilkin tibbi yardım təlimləri keçirilib
19 Mart, 2024 / Tədbirlər Böyük Qayıdışla bağlı fləşmob keçirilib
05 Mart, 2024 / Tədbirlər Zabuxda ağacəkmə aksiyası keçirilib
01 Mart, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
19 Yanvar, 2024 / Tədbirlər Dövlət Komitəsində qanvermə aksiyası keçirilib
29 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
28 Dekabr, 2023 / Tədbirlər Yaponiyalı opera müğənnisi məcburi köçkünlər üçün konsert verib
25 Dekabr, 2023 / Tədbirlər Laçın şəhərində "Böyük Qayıdış: Heydər Əliyev dühası" adlı tədbir təşkil edilib
20 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
13 Dekabr, 2023 / Tədbirlər Fotoqrafların işğaldan azad olunmuş ərazilərə infoturu təşkil edilib
12 Dekabr, 2023 / Tədbirlər Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı fləşmob keçirilib
11 Dekabr, 2023 / Tədbirlər “Böyük Qayıdış arzuları" adlı aksiya keçirilib
05 Dekabr, 2023 / Tədbirlər Otuz ölkəni təmsil edən xarici ekspertlər Zəngilanda bir araya gəliblər
30 Noyabr, 2023 / Tədbirlər İcma inkişafı məsələləri üzrə təlim keçirilib
30 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşlarına təlim keçirilib
27 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin təşkilati dəstəyi ilə tədbir təşkil edildi
23 Noyabr, 2023 / Tədbirlər Azərbaycanda ilk dəfə Təhsil Menecmenti Zirvəsi təşkil edilib