"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 269
Rövşən Rzayev : “İstənilən vəziyyətdə ədalətli və düzgün qərar qəbul etmək bacarığı çox vacibdir”
Mətbuat xidmətinin məlumatı 06 İyul, 2020

“Yüksəliş” müsabiqəsi qarşıya qoyulan hədəflərin həyata keçirilməsi istiqamətində işini davam etdirir. Hazırda əyani mərhələnin videomüsahibə turunu uğurla keçmiş 940 iştirakçının hər biri növbəti mərhələlər üçün potensial namizəd sayılır. Təbii ki, qalib olmaq istəyən iştirakçı müsabiqənin İşçi Qrupu tərəfindən müəyyənləşdirilimiş kompetensiyalara malik olmaldır. Çünki bu bacarıqlar qaliblərə həm də müsabiqədə yer alan idarəçi rəhbərlərlə birbaşa işləmək şansı yaradır.

 

Bildiyiniz kimi, “Yüksəliş” müsabiqəsində Azərbaycanda fəaliyyət göstərən tanınmış şəxslərdən ibarət idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) bir araya gəlib. Bu dəfə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri  Rövşən Rzayev uğurlu idarəçiliklə bağlı tövsiyələrini bölüşüb.

 

- İdarəçi olmaq istəyən şəxslərə hansı tövsiyələri verərdiniz?

 

- Uğurlu idarəçi ilk növbədə vətənpərvər, xalqına və dövlətinə sədaqətli olmalıdır. Hər bir məsələdə dəqiq vətəndaş mövqeyinə malik olmalı, onu nümayiş etdirməyi bacarmalıdır. Savadlı, bilikli, dünyagörüşlü olmaq əsas şərtlərdənbiridir. Qarşıya qoyulan məqsədi aydın dərk etməli və onları çatdırmaq yollarını tapmalıdır. Hər kəslə açıq, səmimi münasibət qurmaq bacarığına malik olmalıdır. İstənilən vəziyyətdə ədalətli və düzgün qərar qəbul etmək bacarığı çox vacibdir. Ətrafına bacarıqlı, istedadlı, bilikli, müasir düşüncəli insanlar toplamağı bacarmalıdır. 

 

-  Uğurlu idarəçinin əsas xüsusiyyətləri hansılardır?

 

Müasir bilikləri, texnologiyanı öyrənsinlər. Bunlardan vətənə, xalqa, dövlətinə fayda vermək üçün uğurla istifadə etsinlər. Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsini dərindən mənimsəməlidirlər. Müstəqilliyimizin, azadlığımızın dəyərlərini bilməkdən ötrü hər zaman çalışmalıdırlar. Azərbaycan təbiətinə, tarixinə dərindən bələd olmalıdırlar.

 

- “Yüksəliş” müsabiqəsinin iştirakçılarından gözləntiləriniz nədir?

 

Bu müsabiqənin özü bir uğurdur. Gələcəkdə uğur qazanmaq üçün böyük bir şansdır. Müsabiqədə iştirakçılara yeni ideyalar verməyi, onları həyata keçirmək yollarını tapmağı arzu edirəm. İddialı olsunlar, uğurlu gələcək qurmaq üçün bir-birinə kömək etməyə çalışsınlar. Onların arasında yəqin ki, qaçqın və məcburi köçkün iştirakçılarımız da var. Hər bir iştirakçıya uğur diləyirəm! Arzu edirəm ki,  bu uğurdan həyatlarında istifadə edə bilsinlər! 

 

25 Sentyabr, 2020 / Mətbuat xidmətinin məlumatı Prezidentin ehtiyat fondundan məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün vəsait ayrılıb
25 Sentyabr, 2020 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 42,5 milyon manat ayrılıb
18 Sentyabr, 2020 / Mətbuat xidmətinin məlumatı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətinin məlumatı
18 Sentyabr, 2020 / Mətbuat xidmətinin məlumatı “Qızılqum” sanatoriyasında müvəqqəti məskunlaşmış ailələrə yeni mənzillərə köçmək təklif olunub
16 Sentyabr, 2020 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Qızıl Qum sanatoriyası ilə bağlı Dövlət Komitəsinin məlumatı
03 Sentyabr, 2020 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin əməkdaşlarına medal təqdim olunub
31 Avqust, 2020 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi Qubadlı rayonunun işğalı ilə bağlı videoçarx hazırlayıb
31 Avqust, 2020 / Mətbuat xidmətinin məlumatı Qubadlı rayonunun işğal olunmasından 27 il keçir
28 Avqust, 2020 / Mətbuat xidmətinin məlumatı Yasamal rayonu ərazisindəki Şərifzadə küçəsində yerləşən yataqxana binasına bitişik tikilidə baş vermiş yanğın barədə açıqlama
28 Avqust, 2020 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı
27 Avqust, 2020 / Mətbuat xidmətinin məlumatı Bəzi internet media resurslarının yaydığı məlumatlara mətbuat xidmətinin açıqlaması
24 Avqust, 2020 / Mətbuat xidmətinin məlumatı Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsində həyata keçirilən tədbirlər
21 Avqust, 2020 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonundan məcburi köçkün Ağalar Quliyevin müraciəti ilə bağlı mətbuat xidmətinin məlumatı
07 Avqust, 2020 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində kollegiya iclası keçirilib
23 İyul, 2020 / Mətbuat xidmətinin məlumatı Ağdamın işğalından 27 il ötür
22 İyul, 2020 / Mətbuat xidmətinin məlumatı Prezident İlham Əliyev “Vətən səsi” qəzetinin baş redaktorunu təltif edib
15 İyul, 2020 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı
10 İyul, 2020 / Mətbuat xidmətinin məlumatı Auditin nəticələri əsasında müvafiq tədbirlər həyata keçirilir
06 İyul, 2020 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı
03 İyul, 2020 / Mətbuat xidmətinin məlumatı “Məcburi köçkün statusuna dair arayışın verilməsi” xidməti elektronlaşdırılıb