"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1839
Silahlı Qüvvələr Günü münasibəti ilə “Əsgərə salam”
Tədbirlər 25 İyun, 2020

Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə bu ilin əvvəlində başlanmış “Əsgərə salam” hərbi vətənpərvərlik sosial layihəsi  26 iyun - Silahlı Qüvvələr Günü ərəfəsində davam etdirilib.

 

Müxtəlif peşə və yaş kateqoriyasına mənsub bir qrup şəxsin iştirakı ilə  Heydər Əliyev Mərkəzinin qarşısında Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi mövcud preventiv qaydalara əməl etməklə tədbir keçirilib. Xalq artisti Mənsum İbrahimov və Nurəddin Mehdixanlı, “Qarabağ” futbol klubunun yarımmüdafiəçisi Qara Qarayev, ASAN radionun direktoru Emin Musəvi, I qrup Qarabağ müharibəsi əlili Rəis Mürsəlov, Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev, Milli Qəhərman Fərzəliyev Pəhlivanın həyat yoldaşı Fərzəliyeva Sona və nəvəsi Pəhlivan, Şuşa Mərkəzi Xəstəxanasının tibb bacısı Pərvanə Hümbətova və Nizami rayon Dövlət Yanğından Mühafizə hissəsinin yanğınsöndürəni daxili xidmət çavuşu Elvin Qurbanov  hərbçilərimizə əlamətdar gün münasibətilə təbriklərini hərbi salamla çatdırıblar.

 

İndiyədək on minlərlə insanın iştirak etdiyi aksiyanın keçirilməsində məqsəd cəmiyyətin müxtəlif təbəqələrinin Silahlı Qüvvələrimizin Ali Baş Komandana etimadını, ordumuzun  şəxsi heyətinə  dəstəyini nümayiş etdirməkdir. Aksiyaya qoşulanlar hərbi salamlama vəziyyətində şəkil çəkdirərək, sosial şəbəkələrdə #esgeresalam #dovletqacqinkom həştəqlərini qeyd etməklə paylaşıblar. Silahlı Qüvvələr Günü münasibəti ilə şanlı hərbçilərimizi təbrik etmək istəyənlər hərbi salamlama vəziyyətində çəkdirdikləri şəkillərini həmin həştəqlər ilə sosial şəbəkələrdə paylaşaraq aksiyaya qoşula bilərlər.  

 

Paytaxtdan və bölgələrdən müxtəlif sosial qrupların, o cümlədən müharibə əlilləri və veteranlarının, ayrı-ayrı iş kollektivlərinin böyük həvəslə qoşulduqları aksiya Silahlı Qüvvələrimizin şəxsi heyətində böyük ruh yüksəkliyi yaradır, cəmiyyətimizi vətənpərvərlik ideyası ətrafında daha sıx birləşdirir. İnamla deyə bilərik ki, bu ruh yüksəkliyi və birliyimiz Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda mübarizənin qələbəsini təmin edəcək əsas amillərdəndir.

 

26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günündən etibarən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi və təşkilatçılığı ilə “Əsgərə salam” aksiyasının ikinci mərhələsi keçiriləcək və  ayrı-ayrı hərbi hissələrdə xidmətdə olan hərbçilərimiz  “Əsgərdən salam” şüarı altında aksiya iştirakçılarının vətənpərvərlik təşəbbüsünü cavablandıracaqdır. Yekunda Dövlət Komitəsi tərəfindən aksiya ilə bağlı hazırlanacaq videoçarx ictimaiyyətə təqdim ediləcəkdir.

 

Qeyd edək ki, Dövlət Komitəsi tərəfindən “Əsgərə salam” sosial layihəsi çərçivəsində qanvermə aksiyası, flaşmob, futbol turniri və inşa müsabiqəsi keçirilib.

23 Aprel, 2024 / Tədbirlər Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
19 Aprel, 2024 / Tədbirlər 1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib
17 Aprel, 2024 / Tədbirlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinə seçki keçirilib
16 Aprel, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
06 Aprel, 2024 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün ilkin tibbi yardım təlimləri keçirilib
19 Mart, 2024 / Tədbirlər Böyük Qayıdışla bağlı fləşmob keçirilib
05 Mart, 2024 / Tədbirlər Zabuxda ağacəkmə aksiyası keçirilib
01 Mart, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
19 Yanvar, 2024 / Tədbirlər Dövlət Komitəsində qanvermə aksiyası keçirilib
29 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
28 Dekabr, 2023 / Tədbirlər Yaponiyalı opera müğənnisi məcburi köçkünlər üçün konsert verib
25 Dekabr, 2023 / Tədbirlər Laçın şəhərində "Böyük Qayıdış: Heydər Əliyev dühası" adlı tədbir təşkil edilib
20 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
13 Dekabr, 2023 / Tədbirlər Fotoqrafların işğaldan azad olunmuş ərazilərə infoturu təşkil edilib
12 Dekabr, 2023 / Tədbirlər Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı fləşmob keçirilib
11 Dekabr, 2023 / Tədbirlər “Böyük Qayıdış arzuları" adlı aksiya keçirilib
05 Dekabr, 2023 / Tədbirlər Otuz ölkəni təmsil edən xarici ekspertlər Zəngilanda bir araya gəliblər
30 Noyabr, 2023 / Tədbirlər İcma inkişafı məsələləri üzrə təlim keçirilib
30 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşlarına təlim keçirilib
27 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin təşkilati dəstəyi ilə tədbir təşkil edildi