"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1341
Məcburi köçkünlərlə diaspor nümayəndələrinin videogörüşü keçirilib
Tədbirlər 23 İyun, 2020

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı əsasında məcburi köçkünlərin və diaspor  üzvlərinin iştirakı ilə sosial şəbəkələrdə canlı yayımlanan 20 İyun - Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş videokonfrans təşkil edilib.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr və protokol şöbəsinin müdiri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin əməkdaşı və Azərbaycan Diaspor Gənclərinin Çində yaşayan, əslən Cəbrayıl rayonundan olan koordinatoru giriş sözləri ilə tədbiri açıblar.

 

Daha sonra işğal altında olan 10 müxtəlif regiondan olan 10 nəfər məcbur köçkün Azərbaycanda qaçqınlıq və məcburi köçkünlük problemini yaradan səbəbin – Ermənistanın hərbi təcavüzünün və işğalçılıq siyasətinin aradan qaldırılması üçün milli birliyin və həmrəyliyin vacibliyini bir daha təsdiq edərək, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətindəki ardıcıl və məqsədyönlü fəaliyyətini dəstəklədiklərini bildiriblər. Videokonfransda iştirak edən məcburi köçkünlər münaqişənin ilk illərində yaşanan çətin və ağrılı vəziyyət, eyni zamanda sosial problemlərinin həlli istiqamətində dövlət və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin tərəfindən həyata keçirilən ardıcıl tədbirlər haqqında məlumat veriblər.

 

Ağır şəraitdə, həyat üçün təhlükəli yerlərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin yeni mənzillərə birinci növbədə köçürülməsi barədə Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığını diqqətə çatdırıblar və hər iki komitəyə bu görüşə görə təşəkkür ediblər.

 

Videokonfrans iştirakçıları xaricdə yaşayan soydaşlarımızın və məcburi köçkünlərin bu sahədə birgə fəaliyyətinin əhəmiyyətindən danışıb, konkret layihələr ətrafında müzakirələr aparıblar. Daha sonra, Azərbaycan diasporunun ABŞ, Hollandiya və Nigeriyadan olan üzvləri bu həqiqətlərin çatdırılması istiqamətində həm özlərinin, həm də Diasporla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi fəaliyyətlər barədə danışıb və hər iki komitəyə bu cür görüşləri təşkil etdiyinə görə təşəkkür ediblər.

 

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin təmsilçisi Azərbaycan torpaqlarının ermənistan tərəfindən işğalı və Xocalı soyqrımı ilə bağlı həqiqətlərin dünyada yayılması üçün Dövlət Komitəsinin, Azərbaycan diaspor təşkilatlarının və fəallarının gördüyü işlər və son iki ildə hər il dünyada keçirilən 100-lərlə tədbirləri, digər xalqların diasporlarının bu məsələyə həssaslığının artırılması, xarici qonaqların və jurnalistlərin Azərbaycana səfərlərinin təşkili və məcburi köçkünlərlə görüşlərinin təşkili, xaricilərlə rəsmi görüşlərdə bu məsələnin qaldırılması, Avropada keçirilən “Qarabağ mitinqləri” barədə ətraflı məlumat verib.

 

Diaspor ilə məcburi köçkünlər arasında əlaqələrin daha da gücləndirilməsi və birgə fəaliyyətin artırılması üçün gələcəkdə bir sıra tədbirlərin o cümlədən bu cür görüşlərin keçirilməsi də qeyd edilib.

19 Aprel, 2024 / Tədbirlər 1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib
17 Aprel, 2024 / Tədbirlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinə seçki keçirilib
16 Aprel, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
06 Aprel, 2024 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün ilkin tibbi yardım təlimləri keçirilib
19 Mart, 2024 / Tədbirlər Böyük Qayıdışla bağlı fləşmob keçirilib
05 Mart, 2024 / Tədbirlər Zabuxda ağacəkmə aksiyası keçirilib
01 Mart, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
19 Yanvar, 2024 / Tədbirlər Dövlət Komitəsində qanvermə aksiyası keçirilib
29 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
28 Dekabr, 2023 / Tədbirlər Yaponiyalı opera müğənnisi məcburi köçkünlər üçün konsert verib
25 Dekabr, 2023 / Tədbirlər Laçın şəhərində "Böyük Qayıdış: Heydər Əliyev dühası" adlı tədbir təşkil edilib
20 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
13 Dekabr, 2023 / Tədbirlər Fotoqrafların işğaldan azad olunmuş ərazilərə infoturu təşkil edilib
12 Dekabr, 2023 / Tədbirlər Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı fləşmob keçirilib
11 Dekabr, 2023 / Tədbirlər “Böyük Qayıdış arzuları" adlı aksiya keçirilib
05 Dekabr, 2023 / Tədbirlər Otuz ölkəni təmsil edən xarici ekspertlər Zəngilanda bir araya gəliblər
30 Noyabr, 2023 / Tədbirlər İcma inkişafı məsələləri üzrə təlim keçirilib
30 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşlarına təlim keçirilib
27 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin təşkilati dəstəyi ilə tədbir təşkil edildi
23 Noyabr, 2023 / Tədbirlər Azərbaycanda ilk dəfə Təhsil Menecmenti Zirvəsi təşkil edilib