"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1749
Dövlət Komitəsinin sədri “Şuşa Azərbaycanın tarixi mədəniyyət mərkəzidir” mövzusunda keçirilən videokonfrasda iştirak edib
Tədbirlər 09 May, 2020

Mayın 8-də Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şuşanın 28 il əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasına həsr olunmuş “Şuşa Azərbaycanın tarixi mədəniyyət mərkəzidir” mövzusunda xarici ekspertlərin iştirakı ilə elmi-virtual videokonfrans keçirilib.

 

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev videokonfransda iştirak edib.

 

Dövlət Komitəsinin sədri bildirib ki, Prezident İlham Əliyev qaçqınların məişət şəraitinin yaxşılaşdırılmasını prioritet istiqamətlərindən biri kimi elan edib. O, bu kateqoriyadan olan vətəndaşların həyat şəraitinin daha da yaxşılaşdırılması üçün qəbul olunan qərarların, imzalanan fərman və sərəncamların icrası ilə bağlı görülən işlər barədə geniş məlumat verib və bu işlərin davamlı olacağını vurğulayıb. Bununla yanaşı, komitə sədri qeyd edib ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına xüsusi diqqət yetirən Ali Baş komandan, Prezident İlham Əliyevin qətiyyəti sayəsində biz mütləq Şuşaya qayıdacağıq.

 

Videokonfransda Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının sədri, Milli Məclisin deputatı Tural Gəncəliyev, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, Türkiyədən videokonfransa qatılan Azərbaycan-Türkiyə Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri, siyasi tarix və beynəlxalq münasibətlər üzrə doktor, professor Aygün Attar, İsraildən Beynəlxalq münasibətlər üzrə tanınmış ekspert Arye Qut, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı İcmasının sədr müavini, siyasi elmlər doktoru, professor Elçin Əhmədov, Şuşa Rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdiri Vüsalə Fətəliyeva da çıxış edib.

 

Bundan əlavə, videokonfransda Şuşa Rayon İcra Hakimiyyətinin başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Əkbər Hacıyev, Şuşa Rayon Mərkəzi Xəstəxanasının müdiri Ramiq Məhərrəmov, Şuşa Rayon Təhsil idarəsinin müdiri Təvəkkül Əliyev, Şuşa Rayon Mədəniyyət və Turizm idarəsinin müdiri Zahid Abbasov da Şuşa ilə bağlı fikirlərini bölüşüblər.

 

Videokonfrans iştirakçıları əminliklə qeyd ediblər ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək ölkəmizin dinamik inkişafını, sabitliyi təmin edən Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti, siyasi iradəsi sayəsində işğal olunmuş bütün torpaqlarımız, o cümlədən Qarabağın tacı Şuşa nəyin bahasına olursa-olsun düşmən tapdağından azad ediləcək.

23 Aprel, 2024 / Tədbirlər Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
19 Aprel, 2024 / Tədbirlər 1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib
17 Aprel, 2024 / Tədbirlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinə seçki keçirilib
16 Aprel, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
06 Aprel, 2024 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün ilkin tibbi yardım təlimləri keçirilib
19 Mart, 2024 / Tədbirlər Böyük Qayıdışla bağlı fləşmob keçirilib
05 Mart, 2024 / Tədbirlər Zabuxda ağacəkmə aksiyası keçirilib
01 Mart, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
19 Yanvar, 2024 / Tədbirlər Dövlət Komitəsində qanvermə aksiyası keçirilib
29 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
28 Dekabr, 2023 / Tədbirlər Yaponiyalı opera müğənnisi məcburi köçkünlər üçün konsert verib
25 Dekabr, 2023 / Tədbirlər Laçın şəhərində "Böyük Qayıdış: Heydər Əliyev dühası" adlı tədbir təşkil edilib
20 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
13 Dekabr, 2023 / Tədbirlər Fotoqrafların işğaldan azad olunmuş ərazilərə infoturu təşkil edilib
12 Dekabr, 2023 / Tədbirlər Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı fləşmob keçirilib
11 Dekabr, 2023 / Tədbirlər “Böyük Qayıdış arzuları" adlı aksiya keçirilib
05 Dekabr, 2023 / Tədbirlər Otuz ölkəni təmsil edən xarici ekspertlər Zəngilanda bir araya gəliblər
30 Noyabr, 2023 / Tədbirlər İcma inkişafı məsələləri üzrə təlim keçirilib
30 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşlarına təlim keçirilib
27 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin təşkilati dəstəyi ilə tədbir təşkil edildi