"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 466
Dövlət Komitəsinin “Virtual qəbul otağı”nda növbəti canlı yayım olub
Görüşlər 15 May, 2020

Mayın 15-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmi Facebook səhifəsində “Virtual qəbul otağı”nın növbəti canlı yayımı olub. Səhifə izləyicilərinə əvvəlcədən bildirildiyi kimi, bu dəfəki canlı yayımda komitənin Miqrasiya, məşğulluq, status və sosial təminat şöbəsinin müdiri Sənan Hüseynov, Mənzil istismar departamentinin direktoru Səbuhi Əhmədov, Repatriasiya departamentinin direktoru Natiq Hüseynov iştirak ediblər. Canlı yayıma komitənin mətbu orqanı olan “Vətən səsi” qəzetinin baş redaktoru Elşən Əliyev moderatorluq edib.

 

Koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantin rejimində Dövlət Komitəsinin işinin təşkili, ölkə rəhbərinin qarşıya qoyduğu vacib və təxirəsalınmaz vəzifələrin icrası vəziyyəti barədə sosial şəbəkə istifadəçilərinə ətraflı məlumat verilib. Canlı yayımın iştirakçıları vətəndaşları maraqlandıran məsələlərə aydınlıq gətirib, onların bir çoxunun suallarını dərhal cavablandırıblar. Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial təminat, kommunal xidmətlər, qeydiyyat və s. məsələlərlə bağlı müraciətləri üstünlük təşkil edib.  Araşdırılması müəyyən vaxt tələb edən müraciətlərin müəlliflərinə özləri haqqında məlumatı və əlaqə üçün telefon nömrəsini mesaj vasitəsilə səhifənin administratoruna göndərmək təklif olunub. Həmin müraciətlərin mövcud qanunvericilik çərçivəsində cavablandırılacağı bildirilib.

 

Facebook sosial şəbəkəsi, öz ənənəsinə uyğun olaraq, canlı yayımı Dövlət Komitəsinin rəsmi səhifəsində arxivləşdirib. Şəbəkə istifadəçilərinin həmin səhifədə “Virtual qəbul otağı”nda indiyədək keçirilmiş bütün canlı yayımların videosunu izləmək, onun rəy bölməsinə yazılanlarla tanış olmaq imkanı vardır. 

 

Xüsusi karantin rejimi müddətində komitənin vəzifəli şəxslərinin videoqəbulu və “Virtual qəbul otağı”ndan canlı yayım davam etdiriləcək. Bu barədə komitənin rəsmi Facebook səhifəsində əvvəlcədən müvafiq məlumat yerləşdiriləcəkdir.

 

Xatırladaq ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi öz işini qlobal pandemiya ilə əlqədar ölkəmizdə elan olunmuş xüsusi karantin rejiminin tələblərinə uyğun şəkildə qurub. Hər həftənin çərşənbə axşamı Dövlət Komitəsinin sədri, digər iş günlərində sədr müavinləri, aparat rəhbəri, şöbə müdirləri, departament direktorları vətəndaşların qəbulunu onlayn - videoqəbul formatında keçirirlər.

 

 

04 Avqust, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib
28 İyul, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri videoqəbul keçirib
21 İyul, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib
14 İyul, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib
07 İyul, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib
30 İyun, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri videoqəbul keçirib
25 İyun, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri videoqəbul keçirib
16 İyun, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri videoqəbul keçirib
09 İyun, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri videoqəbul keçirib
02 İyun, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib
19 May, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib
12 May, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib
08 May, 2020 / Görüşlər Dövlət Komitəsinin “Virtual qəbul otağı”nda növbəti canlı yayım olub
05 May, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib
01 May, 2020 / Görüşlər Dövlət komitəsinin “Virtual qəbul otağı”nda növbəti canlı yayım olub
28 Aprel, 2020 / Görüşlər Dövlət Komitəsində növbəti dəfə videoqəbul keçirilib
27 Aprel, 2020 / Görüşlər Dövlət Komitəsi və KOICA “COVID-19” virusunun təsirini azaltmaq məqsədilə məcburi köçkünlərə dəstək üçün birgə əməkdaşlıq haqqında razılıq əldə edib
24 Aprel, 2020 / Görüşlər Dövlət Komitəsində vətəndaşlarla virtual ünsiyyət davam etdirilir
21 Aprel, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib
17 Aprel, 2020 / Görüşlər “Virtual qəbul otağı”nda növbəti canlı yayım olub