"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 805
Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib
Görüşlər 05 May, 2020

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev mayın 5-də növbəti videoqəbul keçirib. Komitə sədri əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib, suallarını cavablandırıb.

 

Müraciətlər, əsasən, dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, vahid aylıq müavinətin təyin edilməsi və məşğulluq məsələləri ilə bağlı olub. Vətəndaşlara məlumat verilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsinə daim diqqət göstərir. Məcburi köçkünlər üçün yeni qəsəbələr salınır, onlara mənzillərin verilməsində ədalət və şəffaflıq təmin edilir. Bildirilib ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların problemlərinə həssaslıqla yanaşan Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ən ağır vəziyyətdə və qəzalı şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı tapşırığının icrası davam etdirilir.

 

Videoqəbul dörd saatdan çox davam edib. Əksəriyyəti məcburi köçkün olan 40-dan çox vətəndaşın müraciəti dinlənilib və müvafiq qaydada qeydə alınıb.

 

Qeyd edək ki, komitədə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, digər vəzifəli şəxslərin də videoqəbulları davam etdiriləcəkdir. 012 525-41-03 və ya 055 900-12-40 nömrəli telefonlara zəng etməklə komitənin vəzifəli şəxslərinin onlayn rejimdə qəbuluna yazılmaq olar. Bu zaman vətəndaş özü haqqında məlumat, əlaqə üçün telefon nömrəsi verməli və hansı vəzifəli şəxsin qəbulunda olmaq istədiyini bildirməlidir. Videoqəbul növbəlilik əsasında, vətəndaşlara Komitədən zəng edilməklə aparılır.

16 İyun, 2021 / Görüşlər Əfqanıstanlı diplomatlara Böyük Qayıdış haqqında məlumat verilib
16 İyun, 2021 / Görüşlər Zəngilanın Ağalı kənd sakinlərinin Qayıdışla bağlı təklifləri öyrənilib
14 İyun, 2021 / Görüşlər Dövlət Komitəsinin sədri Azərbaycanda səfərdə olan Böyük Britaniya nümayəndə heyəti ilə görüşüb
11 İyun, 2021 / Görüşlər Dövlət Komitəsində Böyük Britaniya və Avstraliyadan olan nümayəndə heyəti qəbul edilib
10 İyun, 2021 / Görüşlər Dövlət Komitəsində Avropa Komissiyasının eksperti ilə görüş keçirilib
09 İyun, 2021 / Görüşlər Dövlət Komitəsində BMT-nin rezident əlaqələndiricisi ilə görüş olub
09 İyun, 2021 / Görüşlər Məcburi köçkünlərin mütləq əksəriyyəti öz daimi yaşayış yerlərinə qayıtmaq niyyətindədir
03 İyun, 2021 / Görüşlər Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib
08 May, 2021 / Görüşlər İctimai Şuranın növbəti iclası keçirilib
04 May, 2021 / Görüşlər Dövlət Komitəsində İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş olub
14 Aprel, 2021 / Görüşlər Dövlət Komitəsində Ukraynanın Baş nazirinin müavini ilə görüş keçirilib
12 Aprel, 2021 / Görüşlər Dövlət Komitəsində Türkiyənin ölkəmizdəki səfiri ilə görüş olub
13 Mart, 2021 / Görüşlər Dövlət Komitəsində Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüş olub
05 Mart, 2021 / Görüşlər Dövlət Komitəsində Böyük Britaniyanın səfiri ilə görüş keçirilib
15 Fevral, 2021 / Görüşlər Dövlət Komitəsində Almaniyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib
05 Fevral, 2021 / Görüşlər Məcburi köçkünlərin qayıdışı ilə bağlı məsələlər müzakirə edilib
22 Yanvar, 2021 / Görüşlər Dövlət Komitəsində BMqT nümayəndəsi ilə görüş keçirilib
12 Yanvar, 2021 / Görüşlər Dövlət Komitəsində Kəlbəcər rayonunun Ağdaban və Çayqovuşan kəndlərinin bir qrup sakini ilə görüş keçirilib
06 Yanvar, 2021 / Görüşlər Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının ilk iclası keçirilib
22 Dekabr, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb