"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1734
Məcburi köçkünlər üçün "Eyvana çıx" layihəsi çərçivəsində canlı muğam konsert proqramı təşkil edilib
Tədbirlər 30 Aprel, 2020

Amansız bəşəri təhlükəyə çevrilmiş koronavirus pandemiyasına qarşı ölkəmizdə həyata keçirilən mübarizə tədbirlərini məcburi köçkünlər də dəstəkləyir və xalqımızın sağlanmlığının qorunmasına, təhlükəsizliyinin təmin olunmasına göstərilən qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıq bildirirlər. Biz Dövlətimizin rəhbərlərinin tövsiyəsi ilə öz mənzillərimizdə qalmaqla sosial təcrid və karantin rejimi qaydalarına əməl edirik. 

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində salınmış yeni yaşayış kompleksində Azərbaycan Televiziyasının təşkil etdiyi “Eyvana çıx” konsert proqramının tamaşaçısı, Kəlbəcər rayonundan məcburi köçkün, müəllim Bəxtiyar Zamanov belə deyib.

 

Aprelin 29-da günorta vaxtı qəsəbədəki binalardan birinin eyvanından ətrafa  xoş musiqi sədaları yayılıb. Karantin rejimi dövründə həftədə üç dəfə canlı yayımlanan və geniş tamaşaçı rəğbəti qazanmış “Eyvana çıx” layihəsinin bu dəfəki iştirakçıları xalq mahnıları və muğamlarımızn mahir ifaçısı, əməkdar artisti, Ağdam rayonundan məcburi köçkün Təyyar Bayramov və oğlu Kənan olublar. Onları tarda Elnur İbrahimov, kamançada Niyaməddin Allahverdiyev müşayiət ediblər.

 

Konsert Kənanın ifasında “Bayatı Şiraz” muğamından bir parça ilə başlanıb. Sonra  Təyyar Bayramov bir neçə xalq mahnısı ifa edib. Kənan “Qarabağ” mahnısı ilə tamaşaçıları xəyalən doğma torpaqlara aparıb. Konsertdə kompleksdə məskunlaşmış bir gəncin də ifası dinlənilib.

 

Bir saatdan çox davam edən konsert onu öz eyvanlarından izləyən məcburi köçkünlərdə sevinc hissi, xoş təəssürat yaradıb. Onlar xalqımızın mədəni-mənəvi dəyərlərindən olan muğamlarımızın bir gün işğaldan azad edilmiş yurd yerlərimizdən bütün dünyaya yayılacağına əminliklərini ifadə ediblər.

 

Dövlət Komitəsi, ölkədə tətbiq olunan xüsusi karantin rejimində geniş populyarlıq qazanmış “Eyvana çıx” konsert proqramının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində məcburi köçkünlər üçün salınmış yeni yaşayış kompleksində təşkil etdiyinə görə, Azərbaycan Televiziyasına minnətdarlıq bildirib. 

 

Xatırladaq ki, Kürdəxanıda məcburi köçkünlər üçün salınmış yeni yaşayış kompleksi ötən ilin aprelində istifadəyə verilib. Buradakı doqquzmərtəbəli 15 binada 810 məcburi köçkün ailəsi yerləşdirilib. Kompleksdə məktəb və uşaq bağçası, o cümlədən digər zəruri infrastruktur obyektləri - klub-icma mərkəzi, həkim məntəqəsi inşa edilib, istirahət parkı salınıb, uşaq meydançaları var.

 

 

 

23 Aprel, 2024 / Tədbirlər Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
19 Aprel, 2024 / Tədbirlər 1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib
17 Aprel, 2024 / Tədbirlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinə seçki keçirilib
16 Aprel, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
06 Aprel, 2024 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün ilkin tibbi yardım təlimləri keçirilib
19 Mart, 2024 / Tədbirlər Böyük Qayıdışla bağlı fləşmob keçirilib
05 Mart, 2024 / Tədbirlər Zabuxda ağacəkmə aksiyası keçirilib
01 Mart, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
19 Yanvar, 2024 / Tədbirlər Dövlət Komitəsində qanvermə aksiyası keçirilib
29 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
28 Dekabr, 2023 / Tədbirlər Yaponiyalı opera müğənnisi məcburi köçkünlər üçün konsert verib
25 Dekabr, 2023 / Tədbirlər Laçın şəhərində "Böyük Qayıdış: Heydər Əliyev dühası" adlı tədbir təşkil edilib
20 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
13 Dekabr, 2023 / Tədbirlər Fotoqrafların işğaldan azad olunmuş ərazilərə infoturu təşkil edilib
12 Dekabr, 2023 / Tədbirlər Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı fləşmob keçirilib
11 Dekabr, 2023 / Tədbirlər “Böyük Qayıdış arzuları" adlı aksiya keçirilib
05 Dekabr, 2023 / Tədbirlər Otuz ölkəni təmsil edən xarici ekspertlər Zəngilanda bir araya gəliblər
30 Noyabr, 2023 / Tədbirlər İcma inkişafı məsələləri üzrə təlim keçirilib
30 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşlarına təlim keçirilib
27 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin təşkilati dəstəyi ilə tədbir təşkil edildi