"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 317
Dövlət Komitəsində növbəti dəfə videoqəbul keçirilib
Görüşlər 28 Aprel, 2020

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev aprelin 28-də növbət videoqəbul keçirib. Komitə sədri əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib, suallarını cavablandırıb.

 

Müraciətlər, əsasən, dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, vahid aylıq müavinətin təyin edilməsi və məşğulluq məsələləri ilə bağlı olub. Vətəndaşlara məlumat verilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsinə daim diqqət göstərir. Məcburi köçkünlər üçün yeni qəsəbələr salınır, onlara mənzillərin verilməsində ədalət və şəffaflıq təmin edilir. Bildirilib ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların problemlərinə həssaslıqla yanaşan Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ən ağır vəziyyətdə və qəzalı şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı tapşırığının icrası davam etdirilir.

 

Videoqəbul dörd saatdan çox davam edib. Əksəriyyəti məcburi köçkün olan 40-dan çox vətəndaşın müraciəti dinlənilib və müvafiq qaydada qeydə alınıb.

 

Qeyd edək ki, komitədə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, digər vəzifəli şəxslərin də videoqəbulları davam etdiriləcəkdir. 012 525-41-03 və ya 055 900-12-40 nömrəli telefonlara zəng etməklə komitənin vəzifəli şəxslərinin onlayn rejimdə qəbuluna yazılmaq olar. Bu zaman vətəndaş özü haqqında məlumat, əlaqə üçün telefon nömrəsi verməli və hansı vəzifəli şəxsin qəbulunda olmaq istədiyini bildirməlidir. Videoqəbul növbəlilik əsasında, vətəndaşlara Komitədən zəng edilməklə aparılır.

 

 

 

19 May, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib
15 May, 2020 / Görüşlər Dövlət Komitəsinin “Virtual qəbul otağı”nda növbəti canlı yayım olub
12 May, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib
08 May, 2020 / Görüşlər Dövlət Komitəsinin “Virtual qəbul otağı”nda növbəti canlı yayım olub
05 May, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib
01 May, 2020 / Görüşlər Dövlət komitəsinin “Virtual qəbul otağı”nda növbəti canlı yayım olub
24 Aprel, 2020 / Görüşlər Dövlət Komitəsində vətəndaşlarla virtual ünsiyyət davam etdirilir
21 Aprel, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib
17 Aprel, 2020 / Görüşlər “Virtual qəbul otağı”nda növbəti canlı yayım olub
14 Aprel, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib
10 Aprel, 2020 / Görüşlər Dövlət Komitəsi vətəndaşlarla virtual ünsiyyəti davam etdirir
07 Aprel, 2020 / Görüşlər Dövlət Komitəsində videoqəbullar davam etdirilir
01 Aprel, 2020 / Görüşlər “Virtual qəbul otağı”nda növbəti canlı yayım olub
31 Mart, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib
19 Mart, 2020 / Görüşlər Dövlət Komitəsinin “Virtual qəbul otağı”nda ilk canlı yayım olub
17 Mart, 2020 / Görüşlər Dövlət Komitəsində ilk dəfə videoqəbul təşkil edilib
12 Mart, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri və müavinləri bölgələrdə məcburi köçkünləri qəbul edib
10 Mart, 2020 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Mart, 2020 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25 Fevral, 2020 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib