"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 776
“Virtual qəbul otağı”nda növbəti canlı yayım olub
Görüşlər 01 Aprel, 2020

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi öz işini qlobal pandemiya ilə əlqədar ölkəmizdə elan olunmuş xüsusi karantin rejiminin tələblərinə uyğun şəkildə davam etdirir.

Aprelin 1-də komitənin rəsmi Facebook səhifəsində “Virtual qəbul otağı”nın növbəti canlı yayımı gerçəkləşdirilib. Səhifənin izləyicilərinə əvvəlcədən bildirildiyi kimi, bu dəfəki canlı yayımda vətəndaşların müraciətlərini komitənin “Miqrasiya, məskunlaşma, status və sosial təminat” şöbəsi müdirinin müavini Xəyyam Hüseynov cavablandırıb. Canlı yayıma komitənin mətbu orqanı olan “Vətən səsi” qəzetinin baş redaktoru Elşən Əliyev moderatorluq edib.

Saat 12.00-da başlanan  və bir saat davam edən canlı yayım  zamanı səhifənin rəy bölməsinə 160-a qədər vətəndaşın müraciəti daxil olub. Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial təminat, kommunal xidmətlər, qeydiyyat və s. məsələlərlə bağlı müraciətlər üstünlük təşkil edib və onların əksəriyyəti  dərhal cavablandırılıb.  Araşdırılması müəyyən vaxt tələb edən müraciətlərin müəlliflərinə özləri haqqında məlumatı və əlaqə üçün telefon nömrəsini mesaj vasitəsilə səhifənin administratoruna göndərmək təklif olunub. Həmin müraciətlərin mövcud qanunvericilik çərçivəsində cavablandırılacacağı bildirilib.

“Virtual qəbul otağı”nda canlı yayımın getdiyi müddətdə, komitənin aparat rəhbəri Eldar Zeynalovun videoqəbulu da keçirilib. Aparat rəhbəri  əvvəlcədən qəbula yazılmış  40-dan çox vətəndaşla görüntülü danışıb, onların müraciətlərini dinləyib, suallarını cavablandırıb.

Xüsusi karantin rejiminin davam etdiyi müddətdə komitənin vəzifəli şəxslərinin videoqəbulu və “Virtual qəbul otağı”ndan vaxtaşırı canlı yayımlar təşkil olunacaq. Bu barədə komitənin rəsmi Facebook səhifəsində əvvəlcədən müvafiq məlumat yerləşdiriləcəkdir.

17 Noyabr, 2020 / Görüşlər Dövlət Komitəsində Avropa Komissiyasının eksperti ilə onlayn görüş keçirilib
13 Noyabr, 2020 / Görüşlər Dövlət Komitəsində məcburi köçkünlərin bir qrupu ilə görüş keçirilib
09 Oktyabr, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri BMT nümayəndəsi ilə humanitar məsələləri müzakirə edib
05 Oktyabr, 2020 / Görüşlər Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş səfirinə Ermənistanın təxribatı haqqında məlumat verilib
22 Sentyabr, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib
21 Sentyabr, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri BQXK-nın Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbərini qəbul edib
15 Sentyabr, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri videoqəbul keçirib
08 Sentyabr, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib
01 Sentyabr, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri videoqəbul keçirib
25 Avqust, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib
18 Avqust, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri videoqəbul keçirib
11 Avqust, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri videoqəbul keçirib
04 Avqust, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib
28 İyul, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri videoqəbul keçirib
21 İyul, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib
14 İyul, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib
07 İyul, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib
30 İyun, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri videoqəbul keçirib
25 İyun, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri videoqəbul keçirib
16 İyun, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri videoqəbul keçirib