"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1671
Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib
Görüşlər 31 Mart, 2020

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi öz funksional fəaliyyətini ölkəmizin ərazisində koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşını almaq məqsədilə həyata keçirilən dövlət tədbirləri çərçivəsində, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi tələb və qaydalara uyğun olaraq yerinə yetirir.

 

Komitə sədri Rövşən Rzayev martın 31-də növbəti videoqəbul keçirərək, əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib, suallarını cavablandırıb.

 

Videoqəbulun Azərbaycanlıların Soyqırımı Gününə təsadüf etdiyini xatırladan komitə sədri tarixin müxtəlif mərhələlərində erməni millətçilərinin soydaşlarımıza qarşı həyata keçirdikləri etnik təmizləmə, deportasiya və qırğınların, ümumən,  bəşəriyyətə qarşı amansız cinayət olduğu,  bu cinayətin qurbanlarının xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını bildirib.

 

Bu gün də xalqımızın bəşəri bir bəla ilə - koronavirus pandemiyası ilə mübarizədə birləşməsinin vacibliyini qeyd edilib, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz tərəfindən bu mübarizədə vacib və qətiyyətli addımlar atıldığı diqqətə çatdırılıb. Hər bir vətəndaşın, o cümlədən qaçqınların və məcburi köçkünlərin mövcud fövqəladə şəraitlə bağlı hökumətin müəyyənləşdirdiyi qaydalara əməl etməsinin vacibliyi vurğulanıb. Bununla yanaşı, bir daha xatırladılıb ki, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması dövlətimizin sosial siyasətinin prioritetlərindəndir.  Bu il məcburi köçkünlər üçün rekord sayda - 7 min mənzilin istifadəyə verilməsinin nəzərdə tutulduğu, dövlətimizin başçısının bu sahədə işlərin gedişini şəxsən nəzarətdə saxladığı bildirilib. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın, hər zaman olduğu kimi, hazırkı dövrdə də məcburi köçkünlərə xüsusi diqqət və qayğı göstərdiyi, onların sağlamlığının qorunması üçün tapşırıqlar verdiyi  qeyd olunub.  

 

Prezident İlham Əliyevin apardığı mükəmməl siyasi xəttin ölkəmizin hərtərəfli və davamlı inkişafını, bütün sosial layihələrin ardıcıl icrasını təmin etdiyi, qlobal pandemiya ilə bağlı fövqəladə şəraitdə əhalinin təhlükəsizliyinin qorunması, koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün zəruri tədbirlər görüldüyü diqqətə çatdırılıb. Belə şəraitdə yalnız dövlət tərəfindən həyata keçirilən tədbirlərin deyil, bütün cəmiyyətin, o cümlədən qaçqınların və məcburi köçkünlərin sosial məsuliyyətdən irəli gələn addımlarının, görülən işlərə dəstəyinin vacibliyi qeyd edilib. Eyni zamanda vurğulanıb ki, qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həll edilməsi məqsədilə bu il müəyyənləşdirilmiş bütün tədbirlər yerinə yetiriləcəkdir.

 

Komitə sədrinin videoqəbulu üç saatdan çox davam edib. Əksəriyyəti məcburi köçkün olan 30-dan çox vətəndaşın müraciəti dinlənilib və müvafiq qaydada qeydə alınıb.

 

Xatırladaq ki, komitədə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, digər vəzifəli şəxslərin də videoqəbulları davam etdiriləcəkdir. 012 525-41-03 və ya 055 900-12-40 nömrəli telefonlara zəng etməklə komitənin vəzifəli şəxslərinin onlayn rejimdə qəbuluna yazılmaq olar. Bu zaman vətəndaş özü haqqında məlumat, əlaqə üçün telefon nömrəsi verməli və hansı vəzifəli şəxsin qəbulunda olmaq istədiyini bildirməlidir. Videoqəbul növbəlilik əsasında, vətəndaşlara Komitədən zəng edilməklə aparılır.

 

19 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
18 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Siyəzəndə vətəndaşları qəbul edib
15 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində BMqT nümayəndələri ilə görüş keçirildi
13 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihənin təqdimatı keçirilib
12 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
04 Mart, 2024 / Görüşlər İctimai Şura üzvlərinin Böyük Qayıdış prosesində aktivliyi artırılacaq
01 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində almaniyalı deputatlarla görüş keçirilib
27 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
21 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Ağdaşda vətəndaşları qəbul edib
20 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Fevral, 2024 / Görüşlər Dünya Bankı nümayəndələri ilə görüş keçirilib
13 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
08 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri bir qrup mərakeşli jurnalistlə görüşüb
30 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib
18 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Şəmkirdə vətəndaşları qəbul edib
18 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində xarici qonaqlarla görüş keçirilib
16 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib