"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 390
Dövlət Komitəsinin sədri və müavinləri bölgələrdə məcburi köçkünləri qəbul edib
Görüşlər 12 Mart, 2020

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev martın 12-də Ağdam rayonunda məcburi köçkünləri qəbul edib.

 

Qəbulda Ağdamda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edib. Müraciətlər, əsasən, dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, vahid aylıq müavinətin təyin edilməsi və məşğulluq məsələləri ilə bağlı olub. Vətəndaşlara məlumat verilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsinə daim diqqət göstərir. Məcburi köçkünlər üçün yeni qəsəbələr salınır, onlara mənzillərin verilməsində ədalət və şəffaflıq təmin edilir.

 

Bildirilib ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların problemlərinə həssaslıqla yanaşan Birinci vitse-prezident xanım Mehriban Əliyevanın hələ də ən ağır vəziyyətdə və qəzalı şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı tapşırığının icrası davam etdirilir. Qəbul zamanı məcburi köçkünlərin qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. Digər məsələlərin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

 

Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Tərtər rayonunda, sədr müavini Sabir Əhmədov isə Bərdə rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkünləri qəbul edib. Qəbul zamanı məcburi köçkünlərin müxtəlif sosial problemlərlə bağlı müraciəti dinlənilib və araşdırılmaq üçün qeydə alınıb.

17 Mart, 2020 / Görüşlər Dövlət Komitəsində ilk dəfə videoqəbul təşkil edilib
10 Mart, 2020 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Mart, 2020 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25 Fevral, 2020 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
21 Fevral, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri Goranboyda məcburi köçkünləri qəbul edib
18 Fevral, 2020 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
11 Fevral, 2020 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Fevral, 2020 / Görüşlər Dövlət Komitəsində Seçki Müşahidə Missiyasının rəhbəri ilə görüş olub
04 Fevral, 2020 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
28 Yanvar, 2020 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
24 Yanvar, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri Sabirabadda məcburi köçkünləri qəbul edib
22 Yanvar, 2020 / Görüşlər Dövlət Komitəsində Qlobal Fondun nümayəndələri ilə görüş olub
21 Yanvar, 2020 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
16 Yanvar, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri “Qobu Park”da məcburi köçkünlərlə görüşüb
24 Dekabr, 2019 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
20 Dekabr, 2019 / Görüşlər Dövlət Komitəsinin sədri Abşeronda məcburi köçkünləri qəbul edib
20 Dekabr, 2019 / Görüşlər Dövlət Komitəsinin sədri Bakı Ali Neft Məktəbində tələbələrlə görüş keçirib
18 Dekabr, 2019 / Görüşlər “Liderliyin inkişafı proqramı”nın iştirakçıları Dövlət Komitəsində olublar
17 Dekabr, 2019 / Görüşlər Dövlət Komitəsində israilli jurnalistlə görüş olub
17 Dekabr, 2019 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib