"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1846
Dövlət Komitəsinin nümayəndəsi Brüsseldə keçirilən tədbirdə iştirak edib
Tədbirlər 11 Mart, 2020

Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqı (Aİ) – Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində Ədliyyə, azadlıq, təhlükəsizlik, insan hüquqları və demokratiya üzrə alt komitənin 8-ci iclası keçirilib.

 

İclasda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsini Hüquq sektorunun müdiri Ziya Məmmədov təmsil edib. O, “Miqrasiya, sığınacaq və sərhəd idarəçiliyi” mövzusunda keçirilən müzakirələrdə daxili yerdəyişmə məsələləri barədə çıxış edib.

 

Z.Məmmədov beynəlxalq təcrübəyə, habelə dövlət orqanlarından və beynəlxalq təşkilatlardan alınan təkliflərə əsaslanaraq, könüllü qayıdış prinsipi əsasında hazırlanmış "Böyük Qayıdış" proqramı haqqında məlumat verib. “Əminik ki, cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qayıdış proqramı tam icra olunacaq və məcburi köçkünlər beynəlxalq hüquqda təsbit olunduğu kimi, könüllü surətdə və ləyaqətlə oz torpaqlarına qayıtmaq hüquqlarından istifadə edəcəklər”, - deyə Z.Məmmədov bildirib. Cocuq Mərcanlı kəndinin münaqişəsonrası reabilitasiya və regionda davamlı sülhün təmin edilməsinin unikal modeli olduğu vurğulanıb.

 

İclas iştirakçıları “Böyük Qayıdış” proqramını yüksək qiymətləndiriblər.

17 Aprel, 2024 / Tədbirlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinə seçki keçirilib
16 Aprel, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
06 Aprel, 2024 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün ilkin tibbi yardım təlimləri keçirilib
19 Mart, 2024 / Tədbirlər Böyük Qayıdışla bağlı fləşmob keçirilib
05 Mart, 2024 / Tədbirlər Zabuxda ağacəkmə aksiyası keçirilib
01 Mart, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
19 Yanvar, 2024 / Tədbirlər Dövlət Komitəsində qanvermə aksiyası keçirilib
29 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
28 Dekabr, 2023 / Tədbirlər Yaponiyalı opera müğənnisi məcburi köçkünlər üçün konsert verib
25 Dekabr, 2023 / Tədbirlər Laçın şəhərində "Böyük Qayıdış: Heydər Əliyev dühası" adlı tədbir təşkil edilib
20 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
13 Dekabr, 2023 / Tədbirlər Fotoqrafların işğaldan azad olunmuş ərazilərə infoturu təşkil edilib
12 Dekabr, 2023 / Tədbirlər Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı fləşmob keçirilib
11 Dekabr, 2023 / Tədbirlər “Böyük Qayıdış arzuları" adlı aksiya keçirilib
05 Dekabr, 2023 / Tədbirlər Otuz ölkəni təmsil edən xarici ekspertlər Zəngilanda bir araya gəliblər
30 Noyabr, 2023 / Tədbirlər İcma inkişafı məsələləri üzrə təlim keçirilib
30 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşlarına təlim keçirilib
27 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin təşkilati dəstəyi ilə tədbir təşkil edildi
23 Noyabr, 2023 / Tədbirlər Azərbaycanda ilk dəfə Təhsil Menecmenti Zirvəsi təşkil edilib
20 Noyabr, 2023 / Tədbirlər “Bura mənim evimdir” filminin təqdimat mərasimi keçirilib