"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
RƏHBƏRLİK
Çap et
Fuad Hüseynov Sədr müavini

1972-ci il aprelin 9-da Bakı şəhərində anadan olmuşdur. Azərbaycanlıdır.

1989-cu ildə Bakı şəhəri Binəqədi rayonu 115 saylı orta ümumtəhsil məktəbini qızıl medalla bitirmişdir.


1989-cu ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsinə daxil olub, 1994-cü ildə həmin universiteti bioloq, biologiya və kimya müəllimi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

1994-cü ilin fevral ayından Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramının Azərbaycandakı Nümayəndəliyində əvvəlcə rəhbərin loqistika (maddi-texniki təchizat və nəqliyyat) məsələləri üzrə köməkçisi, 2000-ci ildən loqistika departamentinin rəhbəri, 2008-ci ildən isə təşkilatın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri vəzifəsində çalışmışdır.

2008-ci ildə ABŞ-ın Fritz institutunun və Böyük Britaniyanın Loqistika və Nəqliyyat İnstitutunun humanitar loqistika üzrə 2 illik ixtisas kursunu bitirərək sertifikat ilə təltif olunmuşdur.

2013-cü ildən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini vəzifəsində işləyir. 

Azərbaycan Respublikası Prezidentinin 1 mart 2013-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli Sərəncamı ilə  “Dövlət qulluğunda fərqlənməyə görə“ medalı ilə təltif olunmuşdur.

 

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Tel: 430-83-24
E-poçt: f.huseynov@refugees-committee.gov.az