"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında
Çap et

Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Məcburi köçkünlərin sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:

 

1. Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinət 2000-ci ilin noyabr ayının 1-dən ayda 25000 manat məbləğində müəyyən edilsin.

 

2."Məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 6 dekabr tarixli, 279 nömrəli Sərəncamı qüvvədən düşmüş hesab edilsin.

 

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edilsin.

 


Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev

Bakı şəhəri, 13 oktyabr 2000-ci il
№ 543