"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
NƏŞRLƏR
Çap et

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, onun beynəlxalq ictimaiyyətə çatdırılması sahəsində həyata keçirilən tədbirlər

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri və bu sahədə qəbul edilmiş sənəd və qərarlar əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həlli üzrə danışıqlar davam etdirilir.  Aparılan danışıqlarda Azərbaycan ölkənin ərazi bütövlüyü və suverenliyinin bərpası, işğalçı qüvvələrin bütün işğal olunmuş ərazilərdən çıxarılması, yurdundan didərgin düşmüş məcburi köçkünlərin öz evlərinə qayıtması, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmasının sülh şəraitində birgə yaşayışının təmin edilməsi, ərazilərin bərpası və kommunikasiyaların açılması və sonrakı mərhələdə hər iki icmanın iştirakı ilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ bölgəsinin statusunun müəyyənləşməsi mövqeyindən çıxış edir.

 

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün beynəlxalq aləmdə ifşa edilməsi və müvafiq hüquqi-siyasi qiymətləndirilməsinə nail olmaq istiqamətində həm ikitərəfli əsasda, həm də ATƏT, BMT, NATO, Avropa İttifaqı, Avropa Şurası və bir sıra digər nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində iş davam etdirilir. 

 

Azərbaycan regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin bərqərar olmasına şərait yaradacaq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsinin ədalətli həlli istiqamətində dünya birliyinin daha qətiyyətli və ardıcıl mövqedən çıxış etməsi və Ermənistanı beynəlxalq birliyin nüfuzlu üzvləri olan ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin təklif etdiyi başlıca prinsiplər əsasında münaqişənin birdəfəlik həllini nəzərdə tutan yekun sülh sazişi üzərində işə başlamasına vadar etməsinə ümid bəsləyir.

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədi ilə Azərbaycanda bir sıra beynəlxalq tədbirlər təşkil olunur, həmçinin hazırlanmış kitab, buklet, qısametrajlı filmlər səfirliklər vasitəsi ilə digər ölkələrdə yayılır.

 

2004-2017-ci illər ərzində xarici ölkələrin, beynəlxalq maliyyə qurumlarının, humanitar təşkilatların nümayəndələri ilə 1300-dən çox görüş keçirilmiş, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin, ölkədə rəsmi səfərdə olan nüfuzlu beynəlxalq qurumların nümayəndə heyətlərinin məcburi köçkünlərin sıx müvəqqəti məskunlaşma yerlərinə 700-dən çox səfəri təşkil edilmişdir. 

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqşəsi haqqında həqiqətlərin dünya içtimaiyyətinin diqqətinə müntəzəm çatdırılması məqsədi ilə bu sahədə bir sıra mühüm işlər görülmüşdür. Belə ki, “Ermənistanda aparılan etnik təmizləmə və Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın 20 faiz ərazisinin işğalı nəticəsində yaranmış bir milyonadək qaçqın və məcburi köçkünlərin haqqında məlumat" (1988-2005-ci illər) kitabı  4 dildə nəşr olunmuşdur.

 

“Ermənistanda aparılan etnik təmizləmə və Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın 20 faiz ərazisinin işğalı nəticəsində yaranmış bir milyonadək qaçqın və məcburi köçkünlərin haqqında məlumat" (1988-2005-ci illər) kitabı 

 

Həmçinin “Ermənistanda aparılan etnik təmizləmə və Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın 20 faiz ərazisinin işğalı nəticəsində yaranmış bir milyonadək qaçqın və məcburi köçkünlərin haqqında məlumat (1988-2011-ci illər) kitabı yenidən-2 dildə nəşr edilmişdir.

 

“Ermənistanda aparılan etnik təmizləmə və Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın 20 faiz ərazisinin işğalı nəticəsində yaranmış bir milyonadək qaçqın və məcburi köçkünlərin haqqında məlumat (1988-2011-ci illər) kitabı

 

Bütün bunlarla yanaşı “Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan Respublikasında olan qaçqınlar, məcburi köçkünlər, həmçinin «qaçqın» statusu almaq niyyətində olan (3-cü ölkələrdən olan sığınacaq axtaran) şəxslər, onların sosial təminatının yaxşılaşdırılması sahəsində görülən tədbirlər və mövcud problemləri haqqında məlumat“ - hər il Azərbaycan və ingilis dillərində dərc olunur,  2012-ci ildə isə Azərbaycan, ingilis və ispan dillərində dərc olunmuşdur

 

Problemin tarixi köklərinə, bu münaqişə nəticəsində öz yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinə həsr olunmuş 52 dəqiqəlik “Vətən həsrəti və sönməyən ümidlər” filmi çəkilmiş və 2007-ci il fevralın 21-də “Gülüstan” Sarayında təqdimetmə mərasimi keçirilmiş, bütün telekanallarda nümayiş etdirilmiş,  xarici ölkələrdə yayılması məqsədi ilə isə 8 dildə 10 dəqiqəlik qısametrajlı film, həmçinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 2 dildə vebsaytı hazırlanıb istifadəyə verilmişdir.

 

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin prezidentlik fəaliyyəti dövründə görülmüş tədbirləri əhatə edən hesabat toplusu və 10 dəqiqəlik film hazırlanmışdır.

 

 

Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı  Dövlət Komitəsi tərəfindən  “İlham Əliyev bizi Cocuq Mərcanlıya qaytardı” kitabı və “Böyük Qayıdışın başlanğıcı - Cocuq Mərcanlı” filmi hazırlanmış və təqdimatı keçirilmişdir.

 

“İlham Əliyev bizi Cocuq Mərcanlıya qaytardı” kitabı

 

2018-cilin dekabr ayında Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən ölkəmizdə qaçqın və məcburi köçkünlərə göstərilən dövlət qayğısına həsr edilmiş “Böyük Qayıdışa doğru” adlı film hazırlanmışdır.

 

2022-ci ildə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşəbbüsü ilə  “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı zəfərə aparan yol” adlı kitab çap edilmişdir.  

 

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı zəfərə aparan yol” kitabı