"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
DÖVLƏT QAYĞISI
Çap et

XX əsrdə Azərbaycan tarixinin ən faciəli səhifələri qaçqınlıq və məcburi köçkünlüklə bağlıolmuşdur. Azərbaycanın geostrateji mövqeyi, zəngin təbii sərvətləri regionda maraqları olan qüvvələri azərbaycanlıların öz tarixi torpaqlarından zorla köçürülməsinə sövq etmiş,  ermənilərin daha çox torpaq əldə etmək cəhdləri isə 1905, 1918-1920, 1948-1953 və 1988-1993-cü illərdə azərbaycanlıların öz yurdlarından didərgin salınması ilə nəticələnmişdir.

 

Bütün mənalı həyatını ölkəmizin tərəqqisinə, insanların rifahının yaxşılaşdırılmasına həsr edən ümummilli liderimizin ən böyük arzusu zəbt olunmuş torpaqlarımızın işğaldan azad edilməsi idi. O, bunun üçün var qüvvəsi ilə çalışırdı. Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarına təcavüzü nəticəsində doğma ocaqlarından didərgin salınmış soydaşlarımızın bütün qayğıları, problemləri Azərbaycan dövlətinin, ümummilli lider Heydər Əliyevin gündəlik qayğısına çevrilmişdi.

 

O da tarixi həqiqətdir ki, işğal faktı nəticəsində qaçqın və məcburi köçkünə çevrilən insanların üzləşdiyi sosial və digər problemlərin həlli istiqamətində atılan ilk addımlar bilavasitə  ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ulu öndərin  xalqın istək və tələbi ilə yenidən hakimiyyətə qayıtmasından sonra doğma yurdlarından didərgin salınmış bir milyon nəfərədək soydaşımız dövlət qayğısı ilə əhatə olundu, onların üzləşdiyi sosial problemlər tədricən öz həllini tapmağa başladı. Bu insanların səsi dünya ictimaiyyətinə çatdırıldı. Ulu öndər müxtəlif ölkələrin dövlət başçıları, rəsmi şəxsləri ilə keçirilən çoxsaylı görüşlərində, beynəlxalq və yerli qurumlarda etdiyi çıxışlarında mütləq qaçqın və məcburi köçkünlər məsələsinə toxunur, bunu ölkədə bir nömrəli problem adlandırırdı.

 

Heydər Əliyev hər zaman Azərbaycanın üzləşdiyi bu humanitar fəlakət probleminin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində də uğurlu nailiyyətlərə imza atdı. Görülən işlər sayəsində 1993-2004-cü illərdə ayrı-ayrı dövlətlər, maliyyə qurumları, beynəlxalq humanitar və inkişaf təşkilatları tərəfindən qaçqın, məcburi köçkün və aztəminatlı əhaliyə müxtəlif layihələr üzrə 640 milyon ABŞ dollarından çox həcmdə humanitar yardım göstərildi.

 

1999-cu ildə ümummilli liderin BMT-nin "Ümumdünya Ərzaq Proqramı" təşkilatının baş qərargahına müraciətinə əsasən həmin təşkilatın Azərbaycanda fəaliyyət müddəti müstəsna hal kimi 2005-ci ilin sonuna qədər uzadıldı. Ulu öndərin xarici səfərlərində də bu məsələ daim ön planda yer alırdı və qaçqınların, məcburi köçkünlərin problemlərinin həlli istiqamətində konkret nəticələrə nail olunurdu.

 

Ulu öndər Heydər Əliyevin 1997-ci ildə İtaliyaya səfəri zamanı əldə olunmuş razılığa əsasən İtaliyanın ENİ şirkəti tərəfindən "Azərbaycanda yurdlarından didərgin düşmüş şəxslər və məcburi köçkünlər" layihəsi çərçivəsində 2,2 milyon ABŞ dolları həcmində ayrılmış qrant vəsaiti hesabına 1999-cu ilin noyabr ayında Azərbaycan hökuməti, "ACİP Azərbaycan" Ortaq Şirkəti, İtaliyanın ENİ şirkəti və BMT QAK arasında imzalanmış üçtərəfli müqaviləyə əsasən məcburi köçkünlər üçün Xanlar rayonunda 234 ailə üçün 253 ev və sosial obyektlər, Beyləqan rayonunda 110 ailə üçün 124 ev və sosial obyektlər inşa edildi, Ağcabədi rayonu ərazisində Laçın qış yataqlarında (Taxtakörpü) 35 obada 5600 nəfər üçün su xətləri çəkildi. Lakin qaçqın və məcburi köçkünlərin üzləşdikləri problemlərin həllində əsas missiya məhz Azərbaycan dövlətinin öz üzərinə düşürdü. Digər tərəfdən o da qeyd edilməlidir ki, bu problemlərin yarandığı ilk illərdən fərqli olaraq, ölkəmizə yardım göstərən humanitar təşkilatlar sonradan sözügedən sahədə fəaliyyətlərini azaltmağa başladılar.                    

 

Əgər 1994-1995-ci illərdə beynəlxalq, yerli humanitar və onların təsis etdiyi inkişaf təşkilatları tərəfindən həyata keçirilmiş layihələrə ildə 70-75 milyon ABŞ dolları həcmində vəsait sərf olunurdusa, 2004-cü ildə bu vəsaitin miqdarı təxminən 34 milyon dollar təşkil edirdi. 2001-ci ildə bir sıra beynəlxalq təşkilatlar tərəfindən qaçqın, məcburi köçkün və aztəminatlı əhaliyə ərzaq yardımı göstərilməsi proqramı ümumiyyətlə dayandırıldı. Lakin Dövlət Neft Fondundan ayrılmış vəsaitlər də nəzərə alınmaqla, hökumət bu sahə üzrə çəkilən xərclərin nəinki azalmasına imkan verdi, əksinə, onların miqdarını daha da artırdı.

 

Xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə 1993-2003-cü illərdə bu problemin siyasi yolla həlli istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilmişdir.

 

Ölkədə iqtisadi problemlərin mövcudluğuna baxmayaraq, yaranan hər bir cüzi iqtisadi imkanı xalqımızın ümummilli lideri daim ilk növbədə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə yönəltmiş, problemin siyasi yolla həlli üçün bütün imkanlarını səfərbər etmişdi. Məhz ümummilli lider Heydər Əliyevin uğurlu xarici siyasəti sayəsində beynəlxalq ictimaiyyətdə bu problemə olan münasibət Azərbaycan həqiqətlərinə uyğun olaraq dəyişdiyindən problemin əsl mahiyyəti düzgün dərk edilməyə başlandı və tədricən Azərbaycan problemlə əlaqədar öz mövqeyini möhkəmlətdi. Bununla bir daha dünya ictimaiyyətinə sübut etdi ki, bu, Azərbaycan dövlətinin və xalqının bir nömrəli problemidir və buna da uyğun diqqət olmalıdır.

 

Ulu öndər Heydər Əliyevin diplomatiyası sayəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti dünya ictimaiyyətinə çatdırılmış, BMT-nin  Təhlükəsizlik Şurası tərəfindən müünaqişənin sülh yolu ilə həlli, işğal olunmuş ərazilərin Ermənistan silahlı qüvvələrindən azad edilməsi,  qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında 1993-cü ildə  4 qətnamə (1993-cü ildə 30 aprel tarixli 822 nöömrəli, 29 iyul tarixli 874 nömrəli, 11 noyabr  tarixli 884 nömrəli) qəbul edildi.

 

Məhz Ulu öndərin fəaliyyəti nəticəsində 1994-cü ilin may ayında atəşkəsə nail  olundu.  

Azərbaycanın iqtisadi cəhətdən möhkəmlənməsinə, müdafiə qabiliyyətinin artırılmasınaimkan  yaradıldı. ATƏT-in 1994-cü  il Budapeşt, 1996-cı il Lissabon və 1999-cu il İstanbul Sammitlərində münaqişənin dinc və siyasi yollarla həlli istiqamətində tədbirlər görüldü. 1997-ci ildə Fransa, Rusiya və ABŞ-dan ibarət həmsədrlik institutu yaradılmış, ABŞ Konqresinin müstəqil Azərbaycana yardım göstərilməsini qadağan edən 907-ci düzəlişin icrası 2002-ci ilin yanvarından dayandırıldı.

 

Xalqımızın Ümummilli lideri Heydər Əliyev Ermənistan-Azərbaycan , Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Ermənistan prezidenti ilə 25, ATƏT rəhbərliyi, Mins qrupunun təmsilçiləri ilə 200-dən və 80 ölkənin dövlət başmıları ilə 500-dən çox görüşlər keçirmişdir.

 

BMT-nin Baş Assambleyası " Azərbaycanda qaçqınlara və məcburi köçkünlərə fövqəladə beynəlxalq yardım" adlanan  48/114 saylı 20 dekabr 1993-cü il tarxili və "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət"adlanan 60/285 7 sentyabr 2006-cı il tarixli qətnamələri qəbul etmişdir.Lakin Ermənisan bu qərarların heç birinə əməl etmir.

 

Hüquqi bazanın yaradılması

 

Doğma ocaqlarından didərgin salınmış soydaşlarımızın bütün qayğıları, problemləriAzərbaycan dövlətinin hər zaman diqqət mərkəzində olmuşdur. Azərbaycanda olan məcburi köçkünlük probleminə digər ölkələrdə olan oxşarproblemlərlə eyni konteksdən baxılmamalıdır. Ölkəmizdə məcburi köçkünlüyün yaranma səbəbinin spesifik cəhəti ondan ibarətdir ki, insanlar öz doğma yurd-yuvalarını Ermənistanın hərbi təcavüzü, ərazilərimizin Ermənistan ordusu tərəfindən işğal edilməsi nəticəsində tərk etməyə məcbur olmuşlar. Nəticədə məcburi köçkün düşmüş azərbaycan vətəndaşlarının demək olar ki, bütün fundamental insan hüquq və azadlıqları - yaşamaq, azadlıq, mülkiyyət, əqli mülkiyyət, təhlükəsiz yaşamaq, şəxsi toxunulmazlıq, mənzil toxunulmazlığı, əmək, istirahət, sağlam ətraf mühitdə yaşamaq, mədəniyyət, sağlamlığın qorunması, təhsil, şərəf və ləyaqətin müdafiəsi, vicdan azadlığı, zərərin ödənilməsini tələb etmək və s. hüquqları pozulmuşdur.

 

Azərbaycan hökuməti əhalinin bu həssas təbəqəsinin ehtiyaclarını ödəmək üçün həm hüquqi, həm də sosial-iqtisadi sahədə böyük işlər görmüş və görməkdə davam edir.Azərbaycan Respublikası 1992-ci ilin dekabrında BMT-nin 1951-ci il «Qaçqınların statusu haqqında» Konvensiyasına və onun 1967-ci il Protokoluna qoşulmuş, qaçqınlar, məcburi köçkünlər və sığınacaq axtaran şəxslərlə bağlı beynəlxalq normalara tam uyğun hüquqi baza yaradılmış və bir sıra qanunlar qəbul edilmişdir.

 

Ölkədə olan qaçqınların, məcburi köçkünlərin, «qaçqın» statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxslərin  sosial problemlərinin operativ həlli və vahid mərkəzdən idarəolunması məqsıdi ilə 1998-ci ilin noyabrında Azərbaycan Respublikası Nazirlər Kabinetinin strukturunda Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsi təsis edilmişdir

 

O cümlədən 1998-ci ildə «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında»,  1999-cu ildə «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslə­rin) statusu haqqında», «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» qanunlar qəbul edilmişdir.

 

Eyni zamanda  Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli 895 saylı Sərəncamı ilə «Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə» Dövlət Proqramı qəbul edilmişdir.

 

1994-cü ilin may ayından vaxtilə büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və işlə təmin olunmayan 14 min nəfərədək məcburi köçkünə orta aylıq əmək haqqının ödənilməsi  davam etdirilmişdir.

 

1999-cu il dekabrın 6-da Ölkə Prezidentinin fərmanı ilə dünya təcrübəsində ilk dəfə olaraq Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu təşkil olundu. Bu tədbirlər məcburi köçkünlərin sosial problemlərinin həlli, infrastrukturun yaxşılaşdırılması, yeni iş yerlərinin açılması , həm də həyat şəraitinin yüksəlməsində əhəmiyyətli rol oynadı.

 

Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı ilə "Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası"  təsdiq  edilmişdir.  

 

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanına uyğun olaraq məcburi köçkünlərin istifadə etdikləri kommunal xərclər faktiki istehlaka görə mərkəzləşmiş qaydada, birbaşa xəzinədarlıq vasitəsilə xidmət təşkilatlarına vaxtlı-vaxtında ödənilir.

 

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 1308 nömrəli Sərəncamına  əsasən dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlər təhsil haqqını ödəməkdən azaddırlar.

 

Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə əlaqədar beynəlxalq normalara uyğun tam hüquqi baza yaradıldı, ölkə Prezidenti tərəfindən 43 Fərman və Sərəncam imzalandı, Milli Məclis 23 Qanun, Nazirlər Kabineti isə 192 qərar və sərəncam qəbul etdi.

 

Dövlət Proqramının icrası, çadır düşərgələrinin ləğvi, Dövlət Neft Fondu və digər mənbələr  hesabına salınmış yeni qəsəbələr, sosial müdafiə tədbirləri

 

Ulu öndər qaçqın və məcburi köçkünlərin məskunlaşdığı ərazilərə daim baş çəkir, söhbətlər aparır, problemlərini yerindəcə dinləyir, onların həlli istiqamətində müvafiq göstərişlər verirdi. Bu insanların yaşayış şəraitinin daha da yaxşılaşdırılması, ağır vəziyyətdə yaşadıqları çadır düşərgələrinin ləğvi üçün də konkret addımlar atılırdı.

 

«İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində,   köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri  bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir»  deyən xalqımızın Ümummili lideri Heydər Əliyev tərəfindən əsası qoyulan uğurlu neft strategiyası öz bəhrəsini verməyə başlayan andan  əldə edilən ilk vəsait məhz qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldildi, çadır düşərgələrinin ləğvinə başlanıldı. Dövlət Neft Fondunun ilkin vəsaiti 2001-ci ildə məhz qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldilmişdir. Ölkəmizdə mövcud olan və məcburi köçkünlərin olduqca ağır vəziyyətdə yaşadıqları çadır düşərgələrinin ləğvi ideyası da xalqımızın ümummilli lideri Heydər Əliyevə məxsus idi. 

 

Azərbaycan Hökuməti tərəfindən ölkəmizdə olan məcburi köçkünlərin sosial, məşğulluq, təhsil, yaşayış sahəsi  və tibbi təminatı ilə əlaqədar həyata keçirilən tədbirlər bu barədə Ölkə başçısı tərəfindən təsdiq edilmiş Dövlət Proqramlarına uyğun olaraq, mərhələli qaydada və ən başlıcası daha ağır şəraitdə yaşayan ailələrin sosial, mənzil-məişət problemlərinin həllinin ardıcıllığı prinsipi əsasında həyata keçirilir.

 

Ümumiyyətlə  Ölkə prezidentinin 3 fərmanına əsasən Dövlət Neft Fondundan ayrılmış 71,8 milyon AZN vəsait hesabına  18 şəhər və rayonda bütün zəruri sosial-texniki infrastruktura malik 32  qəsəbə, 400 min kvadrat metr mənzil sahəsi olan 6411 fərdi yaşayış evi, 3174 yerlik 18 məktəb, 6 musiqi məktəbi, 576 yerlik 18 uşaq bağçası, 2 xəstəxana, 10 klub, 11 rabitə evi, 14 inzibati bina, 16 tibb məntəqəsi tikildi, 197 km uzunluğunda asfalt yol, 170 km su xətti, 350 km hava elektrik  xətti, 22 artezian quyusu, 133 km irriqasiya sistemi, 73 su anbarı və s. sosial obyektlər istifadəyə verildi.

 

Nəticədə 1330 qaçqın və 5081 məcburi köçkün ailəsinin (32 min nəfər) mənzil şəraiti yaxşılaşdırıldı və respublikamızda mövcud olan 12 çadır düşərgəsindən Biləsuvar rayonundakı 5-i 2003-cü ildə ləğv edildi.

 

Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə yönəldilən vəsaitin həcmi 1993-2003-cü illər arasında 90 dəfə, yemək xərcləri üçün müavinət 60 dəfə, kommunal xidmət xərcləri 120 dəfə artırıldı. Şübhəsiz, ümummilli liderin neft strategiyası olmasaydı, bütün bunlar mümkünsüz olardı.

 

dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlər təhsil haqqının, həmçinin kommunal və digər xidmətlərin ödənişindən azad edildilər.

 

Xalqımızın ümummilli lideri əraziləri işğal olunmuş rayonların ictimaiyyət nümayəndələri,  qaçqın və məcburi köçkünlərlə 20-dən çox görüş keçirdi.

 

Bu problem ölkədə bir nömrəli problem adlandırıldı.

 

Beynəlxalq  humanitar təşkilatlar və maliyyə qurumları ilə bu sahədə olan nümunəvi əməkdaşlıq

 

Ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların fəaliyyətini əlaqələndirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 15 yanvar tarixli 144 nömrəli Sərəncamı ilə Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası  yaradılmış və 2010-cu il 5 mart tarixli 785 nömrəli Sərəncamla həmin Komissiyanın yeni tərkibi  təsdiq edilmişdir. Komissiya öz fəaliyyətini Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin və miqrasiya problemləri üzrə şöbəsi vasitəsilə həyata keçirir.

 

Xüsusi ilə qeyd etmək lazımdır ki, müstəqilliyin  ilk illərində iqtisadi cəhətdən o ağır dövrdə ölkəmizdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllində donor ölkələr, maliyyə qurumları, beynəlxalq humanitar təşkilatların köməyi və yardımı əlahiddə olmuşdur.

 

18 may 2000-ci ildə Bakı şəhərində keçirilmiş “İnkişaf Problemləri və Strateji istiqamətlər” mövzusunda beynəlxalq konfransda  Azərbaycan xalqının ümummilli lideri  Heydər Əliyev çıxışında beynəlxalq və  yerli humanitar təşkilatların bu sahədə gördükləri işləri yüksək qiymətləndirdi.

 

Ümummmili Lider Heydər Əliyevin daimi məskunlaşmamış qaçqınların və çadır düşərgələrində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Dövlət Neft Fondundan vəsaitlərin ayrılması ilə əlaqədar fərman və sərəncamlar

 

Əsası Ümummmili Lider Heydər Əliyev tərəfindən qoyulan neft strategiyası öz bəhrəsini verməyə başlayan andan, iqtisadi imkanlar yarandıqca dövlət tərəfindən digər sahələrdə olduğu kimi, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı geniş tədbirlərin həyata keçerilməsinə başlanıldı. 

 

“Erməni millətçilərinin apardığı etnik təmizləmə siyasəti nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 avqust tarixli 562 nömrəli Fərmanına əsasən Dövlət Neft Fondundan ayrılmış 16.6 mln. AZN həcmində ilk vəsait hesabına sifarişçi təşkilat olan Azərbaycan Respublikasının İşğaldan Azad Olunmuş Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik tərəfindən daimi məskunlaşmamış qaçqınlar üçün bütün kommunikasiyaları ilə birlikdə Goranboy rayonun Aşağı Ağcakənd qəsəbəsində 364 evdən, Şəmkir rayonunda 126 evdən, Yevlax şəhərində 65 evdən, Abşeron rayonu Mehdiabad qəsəbəsində 108 evdən, Sabunçu rayonu Ramana qəsəbəsində 160 evdən ibarət qəsəbələr salındı, Naxçıvan MR-də 4 mərtəbəli 48 mənzilli yaşayış binası və 153 ədəd fərdi ev, Sumqyıt şəhərində 2 mərtəbəli 14 mənzilli yaşayış binası və 2 fərdi ev, Ağstafa rayonunda 17 fərdi ev, İsmayıllı rayonuda 45 fərdi ev, Bakı şəhərində 3, Oğuz rayonunda 3, Şəki şəhərində 2, Gədəbəy rayonunda 1 fərdi ev  ( ümumilikdə 1011 ev – 949 fərdi və 62 mənzilli 2 yaşayış binası ) tikildi, qaçqınlar yeni qəsəbələrə və evlərə köçürüldülər.

 

1995-ci ildən respublikanın 18 rayonunda tikintisi yarımçıq qalmış 319 evdə də tikinti işləri sona yetirilərək qaçqınların istifadəsinə verildi.

 

Həmçinin Ermənistandan qaçqın düşmüş, ordakı ev və mənzillərini Bakı şəhərindəki özbaşına tikilmiş evlərə dəyişərək daimi məskunlaşmış 793 nəfərdən ibarət 170 qaçqın ailəsinin yaşadığı evlərə qeydiyyata alınması, 24385 nəfərdən ibarət 3823 ailənin daimi məskunlaşdıqları evlər üçün qeydiyyat vəsiqəsinin verilməsi, 1988-1992-ci illərdə Ermənistandan çıxarılan, hazırda respublikamızın ərazisində daimi məskunlaşmış qaçqınların yaşadıqlıarı tikililərin altında yerləşən və dövlət mülkiyyətində olan torpaq sahələrinin əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi təmin edildi. 

 

“Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində Ağdam və Füzuli rayonlarından didərgin düşmüş və çadır düşərgələrində müvəqqəti yerləşdirilmiş məcburi köçkünlərin bir qisminin həmin rayonların ərazisin də məskunlaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 7 sentyabr tarixli 577 nömrəli Fərmanına əsasən Dövlət Neft Fondundan ayrılmış 16,8 mln AZN məbləğində vəsait hesabına Ağdam rayonunun Quzanlı ərazisində 100 ailəlik, Xındırıstanda 100 ailəlik, Ayaq-Qərvənddə 150 ailəlik, Ergidə 150 ailəlik (cəmi 500 ailəlik) 4 qəsəbə salındı, həmçinin 135 yerlik 2 məktəb binası, 2 tibb məntəqəsi, 4 hamam , 14 yerlik 4 uşaq bağçası, 100 yerlik 2 klub-icma mərkəzi tikildi, içməli su, elektrik enercisi təchizatı xətləri və qəsəbədaxili yollar çəkildi.Füzuli rayonunun Haramı ərazisində hər biri 200 ailəlik 4 qəsəbə salındı, həmçinin 135 şagird yerlik 4 məktəb binası, 4 tibb məntəqəsi, 4 hamam, 14 yerlik 2 uşaq bağçası, 100  yerlik 2 klub-icma mərkəzi, 4 poçt binası, 1 yanğınsöndürmə postu inşa edildi, içməli su, elektrik enerjisi təchizatı xətləri və qəsəbədaxili yollar çəkilib məcburi köçkünlərin istifadəsinə verildi.

 

“Biləsuvar rayonu ərazisində yerləşən beş çadır düşərgəsində məskunlaşmış məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 13 may tarixli 700 nömrəli Fərmanına əsasən Dövlət Neft Fondundan ayrılmış 38.4 mln AZN vəsait hesabına Biləsuvar rayonunu ərazisində 2560 ailəlik 6 yaşayış qəsəbələri salındı. Bu qəsəbələrdə 198 şagird yerlik 6 məktəb binası, 5 tibb məntəqəsi, 50 çarpayılıq xəstəxana, 50 yerlik 6 uşaq bağçası, 6 rabitə binası, 2 yanğınsöndürmə postu, 6 hamam, 6 klub-icma mərkəzi inşa edildi, içməli, suvarma su, elektrik enercisi təchiztı xətləri, qəsəbədaxili və qəsəbəxarici yollar çəkildi.

 

Eyni zamanda, Füzuli rayonunun Haramı ərizisində 1221 ailəlik 6 yaşayış qəsəbəsi tikilib istifadəyə verildi, həmçinin 198 şagird yerlik 3 məktəb binası, 2 tibb məntəqəsi, 25 çarpayılıq xəstəxana, 14 yerlik 6 uşaq bağçası, 3 rabitə binası, 1 yanğınsöndürmə postu inşa edildi, içməli, suvarma su, elektrik enerjisi təchizatı xətləri, qəsəbədaxili və qəsəbəxarici yolların çəkilişi başa çatıdırıldı.

 

Fərmanın icrası ilə əlaqədar 2560 ailə Biləsuvar rayonunda, 1221 ailə isə Füzuli rayonunun Haramı ərazisində (cəmi 3781 ailə) yeni salınan qəsəbələrə köçürüldü və ilkin olaraq Biləsuvar rayonu ərazisindəki 5 çadır düşərgəsi 2003-cü ilin may-iyun aylarında ləğv edildi.

 

Yeni salınmış qəsəbələrdə 35 min nəfərdən çox qaçqın, məcburi köçkün və yerli əhali həmin qəsəbələrin tikintisində işlə təmin olunmuşdur. Qəsəbələrə köçürülmüş hər bir ailəyə həyətyanı və əkin sahələri  ayrılmış, onlara kənd təsərrüfatı işləri ilə məşğul olmaları üçün Nazirlər Kabinetinin 2002-ci il 19 noyabr tarixli 182 nömrəli qərarı ilə müəyyən edilmiş miqdarda əvəzsiz maliyyə  yardımı  verilmişdir. Yeni salınmış qəsəbələrdə 6 mindən çox  iş yerləri yaradılmışdır ki, onlardan 5 mindən çoxu ayrılmış  torpaq sahələrində, min nəfəri isə büdcə təşkilatlarında çalışırlar.

 

Xalqımızın ümummilli lideri Heydər Əliyev :

 

27 iyul 1995-ci ildə Ukrayna Prezidenti Leonid Kuçma ilə birlikdə Bakının Nəsimi rayonu ərazisində müvəqqəti məskunlaşmış Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarından olan məcburi köçkünlərlə görüşdü;

 

8 dekabr 1995 - ci ildə   Türkiyə Prezidenti Süleyman Dəmirəl ilə birlikdə  M.Ə. Rəsulzadə adına BDU tələbə şəhərciyində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşdü;

 

24 fevral 1996-cı ildə Xocalı soyqırımının dördüncü ildönümü ilə əlaqədar olaraq prezident sarayında Xocalı sakinlərinin bir qrupu ilə görüşdü; http://www.qmkdk.gov.az/docs/az_dili_2.pdf

 

18 mart 1996-cı ildə  Türmənistan Prezidenti Saparmurad Niyazov ilə birlikdə  Bakı Dəmir Yolu Nəqliyyat Texnikomunun yataqxanasında məskunlaşmış Füzuli, Zəngilan, Şuşa, Xocalı rayonlarından olan məcburi köçkünlərlə görüşdü;

 

28 mart 1996-cı ildə Ruminiya Prezidenti İon İliyeskunun ilə birlikdə  Bakıdakı 10 saylı Texniki peşə məktəbinin yataqxanasında məskunlaşmış Füzuli, Zəngilan, Ağdam, Xocalı rayonlarından olan məcburi köçkünlərlə görüşdü;   

 

1 aprel 1996-cı ildə   Kəlbəcər rayonunun  Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 3-cü  ildönümü ilə əlaqədar olaraq rayon sakinlərinin nümayəndələri ilə görüşdü;  http://www.qmkdk.gov.az/docs/qaygi_az.pdf

 

6 may 1996-cı ildə Prezident sarayında Şuşa və Laçın rayon sakinlərinin bir qrupu ilə görüşdü;  

 

2 avqust 1996-cı ildə  Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının  3-cü  ildönümü ilə əlaqədar Ağdam rayon ictimaiyyətinin  nümayəndələri ilə görüşdü;  

 

7 sentyabr 1996-cı ildə Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalının  3-cü  ildönümü ilə əlaqədar rayon sakinlərinin nümayəndələri ilə görüşdü;

 

16 sentyabr 1996-ci ildə Qazaxıstan  Prezidenti Nursultan Nazarbayev ilə birlikdə  H. Rəsulbəyov adına Rabitə Kollecinin yataqxanasında  müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşdü;

 

16 oktyabr 1996-cı ildə Azərbaycanda qaçqınların və məcburi köçkünlərin problemlərinə həsr olunmuş beynəlxalq konfransda iştirak etdi;

 

29 dekabr  1996-cı ildə Prezident sarayında Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü; 

 

2 aprel 1997-cı ildə   Kəlbəcər rayonunun  Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 4-cü  ildönümü ilə əlaqədar Nərimanov rayonundakı yataqxanada müvəqqəti məskunlaşmış rayon sakinləri ilə görüşdü;

 

23 aprel 1997 -ci ildə  Qırğızıstan Prezidenti Əsgər Akayev ilə birlikdə  M.Ə. Rəsulzadə adına BDU tələbə şəhərciyində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşdü;  

 

19 iyul 1997-ci ildə Prezident sarayında qaçqın və məcburi köçkünlərin problemlərinə həsr olunmuş müşavirə keçirdi.

 

20 mart 1998-ci ildə Mərdəkandakı “Abşeron” sanatoriyasında Novruz bayramı münasibətilə qaçqınlar və  məcburi köçkünlər üçün keçirilən bayram şənliyində iştirak etdi; 

 

27 iyun 1998-ci ildə   “Respublika” sarayında qaçqınların və məcburi köçkünlərin məsələlərinə həsr olunmuş ümumrespublika müşavirəsində iştirak etdi; 

 

1998-ci il 2 sentyabrda BMT QAK-ın Ali komissarının  köməkçisi Soren Yessen-Petersen ilə görüşdü;

 

9 oktyabr  1998-ci ildə Seçkiqabağı görüş proqramı çərçivəsində İmişli, Biləsuvar, Saatlı, Sabirabad rayonlarında  çadır düşərgələrində məskunlaşmış məcburi köçkünlərlə görüşdü;

 

18 mart 1999-cu ildə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Avropa Bürosunun direktoru Anne-Billem Baylavedlə görüşdü;

 

19 mart 1999-cu ildə Biləsuvar rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşü zamanı iki məcburi köçkünün (Füzuli və Cəbrayıl rayonlarından)toy mərasimində iştirak etdi;  http://www.qmkdk.gov.az/docs/qaygi_bilesuvar_az.pdf

 

9  sentyabr 1999-cu ildə  BMT-nin qaçqınlar üzrə Ali Komissarı Sadako Oqata ilə görüşdü;

 

18 may 2000-ci il Qaçqınların və məcburi köçkünlərin vəziyyətinə həsr olunmuş “İnkişaf  Problemləri və Strateji İstiqamətlər” mövzusunda beynəlxalq konfransda iştirak etdi;

 

12 iyul 2000-ci ildə Türkiyə Cumhuriyyətinin Prezidenti Əhməd Necdət Sezər ilə birlikdə Nərimanov rayonundakı Səttarxan adına Neft Maşınqayırma Zavodunun tikintisi yarımçıq qalmış inzibati binasında müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşdü;

 

8 dekabr 2000-ci il R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində “Azərbaycanda  Məcburi Köçkünlər:Avtoportret” fotosərgisinin açılış mərasimində iştirak etdi;  

 

16 iyul 2002-ci il  Qaçqın və məcburi köçkünlərin problemləri, onlar  üçün tikilən qəsəbələrin müzakirəsi ilə bağlı  Azərbaycan Dövlət Neft Fondunun Müşahidə Şurasının iclasını keçirdi;  

 

13 sentyabr 2002-ci ildə Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsində Ermənistan Respublikasından olan qaçqınlar və xocalıdan olan məcburi köçkünlər  üçün salınmış yeni qəsəbənin açılış mərasimində iştirak etdi;

                                                                                 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin qaçqınlar haqqında qanunvericilik, insan hüquqları və miqrasiya məsələlərinə dair Bakıda keçirilən beynəlxalq konfransda çıxışı:   http://www.qmkdk.gov.az/docs/az_dili.pdf

 

 

 

Qaçqınlar və məcburi köçkünlərlə bağlı əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət siyasətini onun layiqli varisi Prezident İlham Əliyev uğurla davam etdirir. 2003-cü ildə prezident seçkiləri ərəfəsində seçicilərlə ilk görüşünü Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbədə keçirən cənab İlham Əliyev bu kateqoriyadan olan vətəndaşların vəziyyətinin yaxşılaşdırılması, onların problemlərinin həll olunması üçün zəruri tədbirlərin görüləcəyini bəyan etmişdir. Son 16 il ərzində bu sahədə məqsədyönlü iş aparılmış, çadır düşərgələri ləğv olunmuş, məcburi köçkünlər üçün salınan qəsəbələrin sayı 103-ə çatdırılmışdır.

 

Prezident İlham Əliyev qaçqınların və  məcburi köçkünlərin problemlərinin həllini ölkədə  ən prioritet məsələlərdən biri kimi müəyyənləşdirmişdir. Dövlətimizin başçısının bu sahədəki fəaliyyətinin xronikası onun qaçqınlara və məcburi köçkünlərə göstərdiyi diqqət və qayğının nə qədər geniş və əhəmiyyətli olduğunu bariz şəkildə əks etdirir.  

 

2003-cü il, 1 oktyabr. Prezident seçkiləri ərəfəsində Biləsuvar rayonu ərazisində salınmış yeni qəsəbələrdə seçicilərlə görüşmüşdür;

 

2004-cü il, 8 iyun. Mingəçevir şəhərində  412 məcburi köçkün ailəsi üçün yeni salınmış qəsəbənin açılışında iştirak etmişdir;

 

2004-cü il, 11 sentyabr. Bərdə rayonu ərazisindəki çadır düşərgələrində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüş;

 

2006-cı il, 1 mart. Ağdam rayonunda məcburi köçkünlər üçün salınmış “Bənövşələr” qəsəbəsinin açılışı və Quzanlı Olimpiya İdman Kompleksinin təməlqoyma mərasimində iştirak etmişdir;

 

2007-ci il, 4 may. Bakı şəhərinin Sabunçu rayonunun Ramana qəsəbəs ərazisində məcburi köçkünlər üçün yeni salınmış qəsəbənin açılışı;  

 

2008-ci il, 17 yanvar. Ağdam rayonunda Quzanlı Olimpiya İdman Kompleksinin açılışında iştirak etmişdir;

 

2008-ci il, 18 aprel. Füzuli rayonunun “Zobucuq” adlanan ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbənin açılışı, Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün 2007-ci ildə yeni salınmış qəsəbələrdə məcburi köçkünlərlə görüşmüşdür;

 

2008-ci il, 4 oktyabr. Xocavənd rayonundan olan 500 məcburi köçkün ailəsi üçün Beyləqan rayonu ərazisində salınmış qəsəbənin açılışı, Ağdam rayonunun Quzanlı qəsəbəsinə və Füzuli rayonunun Horadiz şəhərinə təbii qazın verilməsi ilə əlaqədar keçirilən tədbirlərdə iştirak etmişdir;

 

2009-cu il, 17 noyabr. Bakı şəhərinin Binəqədi rayonundakı 2 saylı Evtikmə Kombinatının ərazisində 369 məcburi köçkün ailəsi üçün inşa edilmiş doqquzmərtəbəli  yaşayış binalarının istifadəyə verilməsi mərasimində iştirak etmişdir;

 

2009-cu il, 20 noyabr. Goranboy rayonunda fin tipli qəsəbədə müvəqqəti məskunlaşmış 596 məcburi köçkün ailəsi üçün salınmış “Veyisli” qəsəbəsinin açılışında iştirak etmişdir;

 

2010-cu il, 27 fevral. Qəbələ rayonu ərazisində 155 məcburi köçkün ailəsi üçün inşa edilmiş iki beşmərtəbəli binanın istifadəyə verilməsi mərasimində iştirak etmişdir;

 

2010-cu il, 10-11 noyabr. Yevlax şəhərində 615 məcburi köçkün ailəsi  üçün inşa edilmiş yaşayış binaları kompleksinin, Füzuli rayonunda Horadiz Olimpiya İdman Kompleksinin, Ağdam rayonunun Quzanlı qəsəbəsində 689 məcburi köçkün ailəsi üçün salınmış  qəsəbənin açılışlarında iştirak etmişdir;

 

2011-ci il, 10 fevral. Goranboy rayonunda 165 məcburi köçkün ailəsi üçün yeni salınmış  3 ədəd 5 mərtəbəli yaşayış binalarından ibarət məhəllənin açılışında iştirak etmişdir;

 

2011-ci il, 24 dekabr. Ağcabədi rayonunun "Taxta Körpü" ərazisində Laçın rayonundan olan 552 məcburi köçkün ailəsi üçün yeni salınmış qəsəbənin açılışı, Ağcabədi rayonu ərazisində  560 məcburi köçkün ailəsi üçün salınan 10 ədəd 5 mərtəbəli yaşayış binalarından ibarət məhəlləyə baxış;

 

2012-ci il, 21 yanvar. Naftalan şəhərinin "Azərbaycan", "Goran", "Şirvan" və "Mil" sanatoriyalarında müvəqqəti məskunlaşmış  525 məcburi köçkün ailəsi üçün Goranboy rayonu ərazisində tikilmiş 9 ədəd 5 mərtəbəli yaşayış binası və musiqi məktəbindən  ibarət məhəllənin açılışında iştirak etmişdir;

 

2012-ci il, 9 sentyabr. Şəki rayonu ərazisində 423 məcburi köçkün ailəsi üçün yeni salınmış qəsəbənin açılışında iştirak etmişdir;

 

2012-ci il, 27 dekabr. Bakı şəhərinin Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi ərazisində 1440 məcburi köçkün ailəsi üçün yeni salınmış hündürmərtəbəli yaşayış binalarından ibarət məhəllənin açılışında iştirak etmişdir;

 

2013-cü il, 1 aprel. Abşeron rayonunun Masazır qəsəbəsində 760 məcburi köçkün ailəsi üçün salınmış 5 mərtəbəli binalardan ibarət məhəllənin açılışı;

 

2013-cü il, 16 aprel. Mingəçevir şəhərində 502 məcburi köçkün ailəsi üçün salınmış 5 mərtəbəli binalardan ibarət məhəllənin açılışında iştirak etmişdir;  

 

2013-cü il, 10 sentyabr. Bərdə rayonunda 866 məcburi köçkün ailəsi üçün salınmış 5 mərtəbəli binalardan ibarət məhəllənin açılışında iştirak etmişdir;

 

2014-cü il, 21 yanvar. Gəncə şəhərində 1500 məcburi köçkün ailəsi üçün salınmış 5 mərtəbəli binalardan ibarət məhəllənin açılışında iştirak etmişdir;

 

2014-cü il, 6 avqust. Ağdam rayonunun İmamqulubəyli kəndi ərazisində  632 məcburi köçkün ailəsi üçün yeni salınmış qəsəbənin açılışında iştirak etmişdir;

 

2014-cü il, 14 noyabr. Gəncə şəhəri Kəpəz rayonu ərazisində 600 məcburi köçkün ailəsi üçün yeni salınmış qəsəbənin açılışında iştirak etmişdir;

 

2015-ci il, 24 fevral. Mingəçevir şəhərində 594 məcburi köçkün ailəsi üçün salınmış 9 mərtəbəli binalardan ibarət məhəllənin açılışında iştirak etmişdir;

 

2015-ci il, 12 mart. Bərdə şəhərində 588 məcburi köçkün ailəsi üçün salınmış 7 mərtəbəli binalardan ibarət məhəllənin açılışında iştirak etmişdir;

 

2016-cı il, 12 noyabr. Füzuli rayonu ərazisində 400 məcburi köçkün ailəsi üçün yeni salınmış qəsəbənin açılışında iştirak etmişdir;

 

2017-ci il, 14 iyun. Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndi ərazisində 50 məcburi köçkün ailəsi üçün yeni salınmış qəsəbənin açılışında iştirak etmişdir;

 

2017-ci il, 28 noyabr. Tərtər rayonunuda vaxtilə Dağlıq Qarabağın inzibati ərazisi olmuş, işğaldan azad edilmiş Şıxarx qəsəbəsində 1170 məcburi köçkün ailəsi üçün hündürmərtəbəli binalardan ibarət yaşayış kompleksinin açılışında iştirak etmişdir;

 

2018-ci il. 24 may. Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park” yaşayış kompleksinin açılışında iştirak etmişdir;

 

2018-ci il, 24 dekabr. Abşeron rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş hündürmərtəbəli binalardan ibarət 1.001 mənzilli yaşayış kompleksinin açılşında iştirak etmişdir;

 

2018-ci il, 27 dekabr. Sumqayıt şəhərində 1.005 mənzildən və lazımi infrastrukturdan ibarət məcburi köçkün ailələri üçün salınmış  yaşayış kompleksinin açılışında iştirak etmişdir;

 

2019-cu il, 5 may. Bakının Kürdəxanı qəsəbəsində 810 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksi aprelin 5-də istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir.

 

2003-2018-ci illərdə sahə ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 72 fərman və sərəncam imzalanmış, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 220 qərar və sərəncam verilmiş, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən isə 11 qanun qəbul edilmişdir.

 

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı» qəbul edilmiş,   2007-ci il 31 oktyabr tarixli Sərəncamla və 2011-ci il 21 fevral  tarixli  Sərəncamla  həmin Proqrama 2 əlavə edilərək, təsdiq olunmuşdur.

 

2004-cü il fevralın 17-də beynəlxalq humanitar təşkilatların Azərbaycanda qaçqınlar və məcburi köçkünlərlə bağlı 10 illik fəaliyyətinə həsr olunmuş  beynəlxalq konfrans və 2005-ci il iyunun 21-də və 2007-ci il sentyabrın 4-də Azərbaycan Respublikası Prezidentinin yanında qaçqınların və məcburi köçkünlərin sosial problemlərinə həsr olunmuş iki geniş müşavirə keçirilmişdir.

 

Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsi olaraq, Azərbaycan 26 aprel 2012-ci ildə daha bir nüfuzlu beynəlxalq təşkilata - BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinə tamhüquqlu üzv seçilmişdir.  

 

12 çadır düşərgəsinin və dəmir yolu üzərindəki yük vaqonlarından ibarət qəsəbələrin ləğvi  2007-ci ildə, fin tipli 16 qəsəbənin ləğvi 2016-cı ildə tam başa çatdırılmış və  acınacaqlı şəraitdə yaşayan məcburi köçkün ailələrin yeni  salınmış qəsəbələrə köçürülməsi təmin edilmişdir.

 

Ümumilikdə, 2001-2018-ci illər ərzində qaçqın və məcburi köçkünlər üçün respublikanın 30-dan artıq şəhər və rayonunda Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış  vəsait hesabına 3,5 milyon kvadratmetr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 102 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksi salınmışdır. Bunun dа 3,3 milyon kvadratmetr yaşayış sahəsinə malik  97-si, yaxud 95 faizi son 15 ildə inşa edilmişdir.

 

Yeni yaşayış коmplеkslərində 156 məktəb, 6 musiqi və 1 incəsənət məktəbi, 1 Mədəniyyət Sarayı, 62 mədəniyyət  və 63 səhiyyə müəssisəsi, 65 uşaq bağçası, 2 olimpiya idman kompleksi tikilmiş, 775 kilometr asfalt yol çəkilmiş, 985 kilometr su xətti, 1,8 min kilometr  elektrik xətti, 655 kilometr qaz xətti, 78 kilometr rabitə xətti, 62 kilometr istilik xətti, 102 kilometr kanalizasiya xətti, 193 kilometr drenaj şəbəkəsi inşa edilmişdir, 866 ədəd müxtəlif gücə malik elektrik transformatorları quraşdırılmış, 217 artezian quyusu qazılaraq, istifadəyə verilmişdir.

 

Son 20 ildə həcminə görə ən böyük – 1.300 şagird yerlik məktəb 2012-ci ildə məcburi köçkünlər üçün Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində tikilmişdir. 

 

Son 20 ildə ən böyük - 330/110/10 kV-luq  “Ağcabədi” elektrik yarımstansiyası 2002- 2003-cü illərdə istifadəyə verilmişdir ki,  bu yarımstansiya o cümlədən  Ağcabədi, Ağdam və Tərtər  rayonlarının ərazisində məskunlaşmış məcburi köçkünlərin elektrik enerjisinə olan tələbatını təmin etməkdədir. Eləcə də məcburi köçkün qəsəbələrinin elektrik enerjisinə artan təlabatı nəzərə alınaraq, 2007-ci ildə istifadəyə verilmiş digər - 35/10 kV-luq “Ağcabədi” yarımstansiyasında 2015-ci ildə rekonstruksiya işləri aparılaraq, yarımstansiya yüksək gərginlik pilləli - 110/35/10 kV-luq yarımstansiya kimi fəaliyyətə keçirilmişdir.

 

Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün 1993-2018-ci illər ərzində ümumilikdə 7,1 milyard manat vəsait sərf edilmişdir.

 

Bundan:

 

- 3,4 milyard manat dövlət büdcəsinin,

 

-  2,3 milyard manat Dövlət Neft Fondunun,

 

- 1,4 milyard manat isə beynəlxalq maliyyə qurumları və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların vəsaitidir. Bu vəsaitin də 85 faizi, yaxud 6,1 milyard manatı son 15 ildə istifadə olunmuşdur.

 

Beləliklə, 2018-ci ilin sonunadək 58.223 ailənin və ya 300 minə yaxın qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılmışdır ki, ondan da 54.223 ailə, yaxud 272 min nəfər (93%) son 15 ilin payına düşür.

 

2018-ci ildə 5.923 məcburi köçkün ailəsi yeni mənzillərə köçürülmüşdür.

 

2019-cu ilin əvvəlinə olan göstəricilərə əsasən əmək qabiliyyətli məcburi köçkünlər 366,9 min nəfər təşkil edir ki, bunlardan 198  min nəfəri büdcə təşkilatlarında və digər sahələrdə daimi işlə, 134 min nəfəri isə mövsümi işlə təmin edilmişdir. Əmək qabiliyyətli işsiz məcburi köçkünlər 34,9 min nəfər təşkil edir.

 

Son 15 il ərzində Dünya Bankı və Azərbaycan Hökuməti arasında bağlanmış kredit sazişi üzrə 600 mindən çox insanın faydalandığı və dəyəri 125,4 milyon manat təşkil edən 910 icma mikrolayihəsi icra edilmişdir.

 

Son 15 il ərzində sahibkarlığın inkişafı məqsədi ilə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 24 min nəfər məcburi köçkünə 14,8 milyon manat məbləğində mikrokredit, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən isə 2.116 nəfər məcburi köçkün sahibkara  47,7 milyon manat güzəştli kredit verilmiş, 4.025 yeni iş yeri açılmışdır. Bu mikrokreditlərin əksəriyyəti kənd təsərrüfatı - əkinçilik, heyvandarlıq, bitkiçilik, arıçılıq ilə bağlı layihələrə yönəldilmişdir.

 

2018-ci ildə bir nəfər məcburi köçkünə xərclənən vəsaitin həcmi 937 manat təşkil etmişdir. Bu kateqoriyadan olan insanlara ayrılan vəsaitin həcminə görə Azərbaycan dünya dövlətləri arasında ilk yerlərdə qərarlaşır.

 

Azərbaycan Respublikasının Prezidentinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” 2019 cu il 26 fevral tarixli Sərəncamına əsasən, 2019-cu il aprelin 1-dən məcburi köçkünlərə ödənilən vahid aylıq muavinatın məbləği 50 faiz artırılaraq, müvafiq olaraq, 60 manat və 33 manata çatdırılmışdır. 60 manat məbləğində vahid aylıq müavinətin şamil edildiyi, uçot-hesabat dəsti ilə təmin edilmiş fərdi evlərdə və ya ayrıca mənzillərdə yaşayan məcburi köçkünlərin ümumi sayı 415.081 nəfər, 33 manat məbləğində  vahid aylıq müavinətin şamil edildiyi, uçot-hesabat dəsti ilə təmin edilməsi mümkün olmayan, sıx məskunlaşma yerlərində (yataqxana, sanatoriya, məktəb, bağça və digər qeyri-yaşayış təyinatlı tikililərdə)  yaşayan məcburi köçkünlərin ümumi sayı 81.476  nəfər təşkil edir.

 

Mövcud problemin masştabına baxmayaraq, görülən işlərin nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddi son 15 ildə 75 faizdən 12 faizədək azaldılmışdır.

 

Prezident İlham Əliyevin apardığı islahatlar çərçivəsində qaçqınlar və məcburi köçkünlərlə işin təkmilləşdirilməsi, neqativ hallara imkan yaradan boşluqların aradan qaldırılması, xüsusən, mənzillərin verilməsində ədalətin və şəffaflığın təmin edilməsi mühüm vəzifə olaraq qarşıya qoyulmuş, Dövlət Komitəsinin fəaliyyəti bu və digər təxirəsalınmaz vəzifələrin tələb olunan səviyyədə yerinə yetirilməsinə səfərbər olunmuşdur.

 

Prezident İlham Əliyev 2019-cu il aprelin 30-da Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı giriş nitqində demişdir: “... Son illərdə yüzdən çox köçkün şəhərciyi salınıb. Biz 10 ildən çoxdur ki, çadır şəhərciklərini ləğv etdik və məcburi köçkünlərə yaxşı şərait yaratdıq. Ancaq hələ də ağır vəziyyətdə yaşayan köçkünlər var və onların problemlərinin həlli bizim üçün əsas məsələlərdən biridir. Keçən il 6 min köçkün ailəsi üçün yeni müasir evlər tikilib, mənzillər təqdim edilib. İlin əvvəlində təqribən 6 min köçkün ailəsi üçün mənzillərin tikintisi nəzərdə tutulurdu, biz bu mənzillərin, evlərin sayını artıracağıq. Artıq müvafiq göstərişlər verilib, əlavə vəsait ayrılıb və işlər başlamışdır. Burada da ədalət əsas prinsip olmalıdır və bu gün bu prinsip təmin edilir”.

 

 

Heydər Əliyev Fondu fəaliyyətə başladığı ilk gündən etibarən qaçqın və məcburi köçkünlərin üzləşdikləri çoxsaylı problemlərin dünya ictimaiyyətinə çatdırılmasına və onların həllinə diqqətlə yanaşır.

 

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış “Azərbaycan” internet portalı olduqca böyük əhəmiyyətə malikdir. Portalda Azərbaycan haqqında geniş informasiya əldə etmək olar. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, erməni vəhşilikləri  barədə burada yerləşdirilmiş materiallar saxta erməni təbliğatına qarşı tutarlı cavab dünya ictimaiyyətinun doğru, düzgün məlumatlandırılmasına şərait yaradır. Heydər Əliyev Fondu hər il Xocalı soyqırımı ərəfəsində dünyanın müxtəlif ölkələrində soyqırım qurbanlarının fotoşəkillərini sərgiləyir, beynəlxalq mətbuatda soyqırım haqqında yazılar dərc etdirir, “Xocalı uşaqların gözü ilə” rəsm müsabiqəsinin iştirakçılarının əsərlərindən ibarət sərgilər keçirir.

 

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən hər il “Gülüstan” sarayında uşaq evlərində və internat məktəblərində təlim-tərbiyə alan, şəhid, qaçqın və məcburi köçkün ailələrindən olan, yetim və valideyn himayəsindən məhrum, təhsildə xüsusilə fərqlənən uşaqlar üçün Yeni il şənlikləri keçirilir.

 

Hər il sentyabr ayında Heydər Əliyev Fondu tərəfindən qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə məktəbli ləvazimatından ibarət hədiyyələrin təqdim olunması, müvəqqəti məskunlaşma obyektlərində məcburi köçkünlərlə görüşlərin  keçirilməsi, Fondun maliyyə dəstəyi ilə çoxsaylı məktəb binalarının tikilib istifadəyə verilməsi də bu diqqətin konkret ifadəsidir.

 

24 avqust 2005-ci ildə YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və YUNESKO-nun o vaxtkı baş direktoru Koitiro Matsuuranın iştirakı ilə Gülüstan Sarayında “YUNESKO-Azərbaycan: Gələcəyə Körpü” mövzusunda dəyirmi masa keçirilmiş, bu tədbirdə qaçqın və məcburi köçkünlərin vəziyyəti barədə məlumat verilməsinə imkan yaradılmışdır.

 

Ermənistanın törətdiyi Xocalı soyqrımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla xanım Əliyevanın böyük rolu vardır. Onun təşəbbüsü ilə 2008-ci il mayın 8-də Şuşanın işğalının ildönümündə irəli sürülmüş “Xocalıya ədalət” kampaniyası hal-hazırda 80-dən artıq ölkədə uğurla davam etdirilməkdədir. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə siyasi-hüquqi və mənəvi qiymət verilməsi və həmçinin beynəlxalq səviyyədə anılmasını təmin etməkdir.

 

Aparılan məqsədyönlü iş nəticəsində artıq 14  dövlətin – Pakistan, Meksika, Kolumbiya, Sudan, Peru, İordaniya, Honduras, Panama, Rumıniya, Cibuti, Çex Respublikası, Bosniya və Hersoqovina, Qvatemala və Şotlandiyanın qanunverici orqanları və ABŞ-ın 22 ştatı Xocalı soyqırımını soyqırımı kimi rəsmi qaydada qəbul etmişdir. 

 

“Xocalıya ədalət” kampaniyasının vacib hissəsi kimi rus yazıçısı və tarixçisi Yuri Pompeyevin nəşr olunmuş, "Qarabağ gündəliyi" kitabında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında dəqiq tarixi faktlar yer almışdır.

 

“Xocalıya ədalət” kampaniyası çərçivəsində tanınmış amerikalı rep ifaçısı xanım Toni Bləkmən eyniadlı mahnı yazmış və həmin mahnı üçün çəkilmiş klipin təqdimat mərasimi 2010-cu ilin fevral ayında keçirilmişdir. Xocalı qətliamı haqqında həqiqətləri özündə əks etdirən, dünya ictimaiyyətini bu faciəyə qiymət və Azərbaycanın haqq səsinə dəstək verməyə çağıran mahnıda müasir rep ritmləri ilə yanaşı, milli musiqimizin elementləri - muğamdan və balaban alətindən də istifadə edilmişdir. 

 

Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə olan qaçqın və məcburi köçkünlərə göstərilən diqqət və qayğı  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın da fəaliyyətində önəmli yer tutur.

 

Belə ki,  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva

 

2015 –ci il in mayın 10-da Abşeron rayonunun Xırdalan şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə məcburi köçkün ailələri üçün inşa edilən binanın açılışı olub. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva binanın açılışında iştirak ediblər. 

Ətraflı: https://azertag.az/xeber/Xirdalan_seherinde_mecburi_kochkun_aileleri_uchun_insa_edilen_binanin_achilisi_olub_Azerbaycanin_birinci_xanimi_Mehriban_Aliyeva_achilisda_istirak_edib-853944

 

2017-ci il martın 9-da keçirdiyi ilk müşavirəsini məhz məcburi köçkünlərin problemlərinə həsr edərək,  Bakı və Sumqayıt şəhərlərində qəzalı binalarda müvəqqəti məskunlaşmış 4 min məcburi köçkün ailəsinin az bir zamanda yeni mənzillərlə təmin edilməsi  ilə bağlı konkret tapşırıqlar vermişdir.   

Ətraflı : https://mehriban-aliyeva.az/ceremonies/node/846696

https://mehriban-aliyeva.az/site/activitiesNews/846700?part=activities&spart=speeches

 

2017-ci il mayın 30-da Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsinin şimal-şərqində Lökbatan-Qobu yolunun 3 kilometr şərq hissəsində məcburi köçkünlər üçün salınacaq yeni müasir yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.   

Ətraflı : https://president.az/articles/23979

 

2017-ci ilin iyunun 27-də qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsinin icrası çərçivəsində iyunun 27-də Abşeron rayonunun Masazır qəsəbəsində yeni mənzillərin verilməsi mərasimi keçirilib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva mərasimdə iştirak edib. 

Ətraflı :  https://president.az/articles/24454

 

2017-ci il oktyabrın 5-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva  Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində məcburi köçkün ailələri üçün inşa edilən yeni bina ilə tanış olub.   

Ətraflı : https://president.az/articles/25446

 

2017-ci il oktyabrın 5-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınan şəhərcikdə yeni inşa olunan üç binada mənzillərin təqdim edilməsi mərasimində iştirak edib.   Ətraflı : https://president.az/articles/25447

 

2018-ci il mayın 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış 1.026 ailəlik müasir tipli “Qobu Park” yaşayış kompleksinin açılışında şəxsən iştirak etmişlər.  Ətraflı:  https://president.az/articles/28737

 

2018-ci il dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva Abşeron rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 1.001 mənzilli, zəruri infrastrukturla təmin edilmiş hündürmərtəbəli binalardan ibarət yaşayış kompleksinin açılışında iştirak etmişlər. 

Ətraflı: https://president.az/articles/31245

 

2018-ci il dekabrın 27-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Sumqayıt şəhərində 1.005 mənzildən və lazımi infrastrukturdan ibarət  məcburi köçkün ailələri üçün salınmış  yaşayış kompleksinin açılışında iştirak etmişlər.   Ətraflı : https://president.az/articles/31373

 

2019-cu ilin  aprelin 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Nəsimi rayonunda Tibb Universitetinin 4 saylı yataqxanasında və Qaradağ rayonunda salınan “Qobu Park” yaşayış kompleksində məskunlaşan məcburi köçkünlərlə görüşüb.   Ətraflı : https://president.az/articles/32891