"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
Türkiyə Respublikası
Çap et

 

Gəncliyə Yardım Fondu

 

Türkiyə və Azərbaycan vətəndaşlarının təsis etdiyi  “Gəncliyə Yardım Fondu” Xeyriyyə Cəmiyyəti 1994-ci ildən dövlət qeydiyyatına alınmışdır.

 

Gəncliyə Yardım Fondu Xeyriyyə Cəmiyyətinin yaradılmasının məqsədi Azərbaycan Respublikasında müharibədən zərər çəkmiş ailələrə maddi, mənəvi, tibbi, sosial-məişət və hüquqi sahələrdə kömək göstərməkdən ibarətdir.

 

Gəncliyə Yardım Fondu Xeyriyyə Cəmiyyəti tərəfindən 1996-cı ildən başlayaraq hər il Qurban bayramı ərəfəsində Bakı şəhərində və digər rayonlarda yaşayan məcburi köçkün, aztəminatlı və şəhid ailələrinə qurbanlıq əti paylanılır.

 

Təşkilatın xətti ilə göstərilən yardımların həcmi 6.487.000 milyon ABŞ dolları olmuşdur.

 

İstanbul Beynəlxalq Qardaşlıq və Yardımlaşma Dərnəyi

 

Türkiyənin “İstanbul Beynəlxalq Qardaşlıq və Yardımlaşma Dərnəyi” beynəlxalq humanitar təşkilatının Azərbaycandakı Nümayəndəliyi isə 1997-ci ildən rəsmi dövlət qeydiyyatından keçmiş, “Gəncliyə Yardım Fondu” Xeyriyyə Cəmiyyəti ilə birgə fəaliyyət göstərir.

 

İstanbul Beynəlxalq Qardaşlıq və Yardımlaşma Dərnəyi» beynəlxalq humanitar təşkilatının Azərbaycandakı Nümayəndəliyi təhsil, mədəni-sosial və humanitar yardım fəaliyyətləri ilə məşğuldur. Görülən bu fəaliyyətlərin Türkiyə ilə Azərbaycan arasındakı maddi və mənəvi əlaqələrin gücləndirilməsində, qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsində müstəsna rolu vardır.

 

«Qızıl Ay» beynəlxalq humanitar təşkilatı

 

Türkiyənin «Qızıl Ay» beynəlxalq humanitar təşkilatının xətti ilə 1993-cü ildə Bərdə və Ağcabədi rayonlarında məcburi köçkünlər üçün «Türk Qızıl Ay» çadır düşərgələri qurulmuşdur. Həmin düşərgələrdə müvəqqəti məskünlaşmış 13-15 min nəfər məcburi köçkünün ərzaq, qeyri - ərzaq və tibbi yardıma olan ehtiyacları «Türk Qızıl Ay» dərnəyi tərəfindən ödənilmişdir.

 

1996-1998-ci illərdə «Türk Qızıl Ay» dərnəyi öz fəaliyyətini dayandırmış, 1998-ci ilin ikinci yarısından etibarən Azərbaycandakı fəaliyyətini yenidən bərpa edərək Bərdə rayonundakı çadır düşərgəsində 1401 ailə 5800 nəfərə, Ağcabədi rayonunda olan çadır düşərgəsində isə 780 ailə 2990 nəfərə (cəmi 2181 ailəyə 8790 nəfərə) aylıq ərzaq yardım göstərilmişdir.

 

1993-2001-ci illərdə təşkilatın xətti ilə göstərilən yardımların həcmi 10,6 milyon ABŞ dolları olmuşdur.

 

Ümumilikdə bu təşkilatların xətti ilə 1993-2015-ci illər ərzində göstərilmiş yardımların həcmi 18.226.000 milyon ABŞ dolları məbləğində olmuşdur.

 

 

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə Türkiyə  arasında keçirilən görüşlər:

 

2010-cu ilin fevralın 10-da 10 Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri ölkəmizdə səfərdə olan Türkiyənin Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin (USAD) rəhbəri Cəlal Cem Oğuz ilə görüşüb;

 

2011-ci ilin iyulun 20-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri ölkəmizdə səfərdə olan Türkiyə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşüb;

 

2011-ci ilin dekabrın 6-da Türkiyə Cümhuriyyətinin Xarici İşlər Nazirliyi Baş idarə rəisinin müavini, səfir Ahmet Riza Demirerin başçılığı ilə ölkəmizdə səfərdə olan türkiyəli qonaqlar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini ilə görüşüb;

 

2012-ci ilin fevralın 14-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Türkiyənin bir sıra kütləvi informasiya vasitələrinin nümayəndələri və France 24 kanalının əməkdaşları ilə görüşüb;

 

2012-ci ilin mayın 19-da Türkiyənin Azərbaycan əsilli vətəndaşı, Xocalı soyqırımına etiraz olaraq Ankaradan Bakıya piyada yürüş edən Qələndər Bayramlı ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində görüş olub;

 

2013-cü ilin fevralın 26-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Türkiyənin “TRT”, “FOX TV”, “Kanaltürk” televiziya kanallarının, “Bu gün”, “Todays zaman”, “Samanyoluxəbər”, “Zaman” qəzetlərinin və “Media PR” agentliyinin əməkdaşları ilə görüşüb;

 

2014-cü ilin aprelin 7-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Türkiyə Böyük Millət Məclisinin və İstanbul Ticarət Palatasının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb;

 

2015-ci ilin fevralın 13-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşkunu qəbul edib;

 

2015-ci ilin martın 3-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini müşayiəti iləTürkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində 760 məcburi köçkün ailəsi üçün salınmış məhəllədə yaradılan şəraitlə tanış olub, məcburi köçkünlərlə görüşüb;

 

2015-ci ilin aprelin 4-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Türkiyə Qəzetçilər Federasiyasının təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan tanınmış media nümayəndələri ilə görüşüb;

 

2016-cı ilin iyunun 7-də Dünya Gənc Türk Yazarlar Birliyinin təşəbbüsü ilə ölkəmizdə səfərdə olan xarici nümayəndə heyətlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olub;

 

2016-cı ilin sentyabrın 21-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri ölkəmizdə səlahiyyət müddətinin başa çatması ilə əlaqədar Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşkunu qəbul edib;

2016-cı ilin noyabrın 25-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı qəbul edib;

 

2017-ci ilin martın 19-da Milli Məclisin deputatı, Beynəlxalq Avrasiya Araşdırmaları İnstitutu İctimai Birliyinin rəhbəri Qənirə Paşayevanın dəvəti ilə Azərbaycanda olan Türkiyənin bir qrup tanınmış media qurumunun və jurnalist təşkilatlarının rəhbərləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Cəbrayıl rayonunun işğaldan olunan Cocuq Mərcanlı kəndinə səfər ediblər;

2017-ci ilin mayın 11-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı qəbul edib;

 

2017-ci ilin Avqustun 9-da Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin sədri Ali İhsan Gençin rəhbərliyi ilə nümayəndə heyəti Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olub;

 

2017-ci ilin sentyabrın 11-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Azerbaycan Türkiyə Sənayeci və İşadamları İçtimai Birliyinin sədri Ali İhsan Genç və Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim ilə görüşüb;

 

2018-ci ilin aprelin 4-də ölkəmizdə səfərdə olan Türkiyənin TRT World kanalının əməkdaşları Andryu Hopkins Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavininin müşayiəti ilə Yasamal rayonunda Azərbaycan Texniki Universitetinin yataqxanasında məskunlaşan məcburi köçkünlərin həyat şəraiti ilə tanış olub;

 

2018-ci ilin mayın 29-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.Dövlət Komitəsinin sədri iki dost və qardaş ölkə arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb, bu əlaqələrin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini bildirib.