"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
Amerika Birləşmiş Ştatları
Çap et

 

ABŞ-ın Azərbaycanda humanitar  proqramların həyata keçirilməsi sahəsində fəaliyyət göstərən beynəlxalq humanitar və inkişaf təşkilatları haqqında qısa məlumat

 

Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında diplomatik əlaqələr 1992-ci ilin 28 fevral tarixində qurulmuşdur. Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi 1992-ci ilin martında, ABŞ-ın Azərbaycandakı Səfirliyi isə 1992-ci ilin noyabr ayında açılmışdır.

 

 

 

ABŞ-ın Azərbaycanda olan qeyri-hökumət təşkilatlarını və inkişaf proqramlarını əsasən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) maliyyələşdirir.

 

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) 3 noyabr 1961-ci ildə yaradılmışdır. Baş ofisi ABŞ-ın Vaşinqton şəhərində (Kolumbiya dairəsi) yerləşir. USAID 5 regional büro vasitəsilə dünyanın 110-a yaxın ölkəsində fəaliyyət göstərir. Təşkilat əsasən yoxsulluğun, xəstəliklərin azaldılması, sosial-iqtisadi inkişaf, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, ətraf mühit, demokratik cəmiyyət, qlobal məsələlərlə bağlı əməkdaşlıq sahələrində fəaliyyət göstərir. USAID Azərbaycan Respublikasında 1992-ci ildən fəaliyyətə başlamışdır. Həmin il Azadlığa Dəstək Aktına edilmiş 907-ci düzəliş səbəbindən əsas fəaliyyət istiqaməti humanitar yardımla məhdudlaşmışdır. 

 

1998-ci ilədək USAID-ın Azərbaycanda fəaliyyəti sırf humanitar yardım layihələrinə, xüsusən qaçqın və məcburi köçkünlərə yardımlara yönəlmişdi. Daha sonra, geniş sosial, iqtisadi və siyasi kontekstdə fəaliyyət həyata keçirilməyə başlanmışdır.

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycandakı  Nümayəndəliyi 1993-cü ildən fəaliyyət göstərir.

 

Təşkilatın donoru Amerika Birləşmiş Ştatları Hökumətidir.

 

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi Azərbaycanda olan ABŞ-ın qeyri - hökumət təşkilatlarının və şirkətlərinin inkişaf proqramlarını maliyyələşdirir.         

 

ABŞ-ın Dövlət Departamenti, Müdafiə və Kənd Təsərrüfatı nazirlikləri, ayrı-ayrı donor təşkilatlar tərəfindən 1992-2010-cu illərdə ayrılmış vəsait hesabına vətəndaş cəmiyyətinin formalaşdırılması, demokratikləşmə, icma inkişafı, özəl sektorun inkişafı, həmçinin qaçqınlara, məcburi köçkünlərə, əhalinin aztəminatlı təbəqəsinə ərzaq, qeyri-ərzaq yardımı, səhiyyə xidməti, təhsil müəssisələrinin əsaslı təmiri, məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları ictimai binaların təmiri, mikro kreditlərin paylanması və s. üzrə müxtəlif layihələr həyata keçirilmişdir.

 

2011-ci il 1 may tarixinədək Nümayəndəlik Gürcüstan missiyasının tərkibində fəaliyyət göstərirdi. ABŞ Dövlət Departamentinin qərarına əsasən, 2011-ci il 1 may tarixindən ABŞ-ın  Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycandakı Nümayəndəliyi müstəqil və tam missiya kimi fəaliyyət göstərir. 

 

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə ABŞ arasında keçirilən görüşlər:

 

2011-ci ilin iyunun 8-də Azərbaycanda səfərdə olan Amerika Dünya İşləri Şuraları (WACA) analitik beyin mərkəzinin üzvləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri ilə görüşüb;

 

2011-ci ilin avqustun 17-də Azərbaycanda səfərdə olan ABŞ konqresmenlərindən bir qrupunun köməkçilərinin daxil olduğu nümayəndə heyəti məcburi köçkünlərlə görüşmüşdür. Missiya əvvəlcə Dərnəgül tələbə şəhərciyində Bakı İdarəetmə və Texnologiya Kollecinin 1 nömrəli yataqxanasında olmuşdur. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavininin iştirakı ilə Amerikalı qonaqlar Binəqədinin 7-ci mikrorayonunda, 2 nömrəli evtikmə kombinatının ərazisində salınmış məhəlləyə də gəliblər;

 

2012-ci ilin aprelin 4-də Azərbaycanda səfərdə olan nümayəndə heyəti məcburi köçkünlərlə görüşüb. Missiya Binəqədinin 7-ci mikrorayonunda, 2 nömrəli evtikmə kombinatının ərazisində salınmış məhəlləyə gəlmişlər

 

2013-cü ilin fevralın 20-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar ilə görüşüb.

 

2013-cü ilin martın 5-də ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Bakıda məskunlaşmış məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olmuşdur. Diplomat əvvəlcə Dərnəgül tələbə şəhərciyindəki Bakı İdarəetmə və Texnologiya Kollecinin 2 nömrəli yataqxanasında, daha sonra Bakının Binəqədi rayonundakı 2 nömrəli evtikmə kombinatının ərazisində 369 məcburi köçkün ailəsi üçün tikilmiş doqquzmərtəbəli yaşayış binaları kompleksində və Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində 1440 məcburi köçkün ailəsi üçün yeni salınmış məhəllədə də olmuşdur. Məhəllədə tikilən 1300 şagird yerlik Ağdam rayon 33 nömrəli tam orta məktəb ilə olub;

 

2014-cü ilin aprelin 4-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarı və səfirliyin əməkdaşlarından ibarət nümayəndə heyətini qəbul edib;

 

2014-cü ilin iyulun 11-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri ölkəmizdə səlahiyyət müddətinin başa çatması ilə əlaqədar ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstarı qəbul edib;

 

2014-cü ilin oktyabrın 15-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Azərbaycanda həyata keçiriləcək humanitar layihələr və gələcək planları ilə əlaqədar olaraq ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Derek Hoqan və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri xanım Bruk Ayşamı qəbul edib;

 

2014-cü ilin dekabrın 3-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri ABŞ-ın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqanı və səfirliyin hərbi attaşesi Kristofer Monohanı qəbul edib;

 

2015-ci ilin fevralın 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavinləri ölkəmizdə səfərdə olan ABŞ-ın İrs Fondunun Deyvis Milli Təhlükəsizlik və Xarici Siyasət İnstitutunun tədqiqatçısı Lük Koffi ilə görüşüblər;

 

2015-ci ilin martın 4-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Amerika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ilə görüşüb;

 

2015-ci ilin sentyabrın 17-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Bakıdakı nümayəndəliyinin yeni rəhbəri xanım Mikaela Meredis ilə görüşüb;

 

2015-ci ilin oktyabrın 28-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizdəki qaçqın və məcburi köçkünlərin bugünkü durumu, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərlə bağlı vəziyyəti yerində öyrənmək məqsədilə Azərbaycanda səfərdə olan ABŞ-ın Montana Universitetinin professoru, müstəqil jurnalisti olan Tomas Qoltsla görüşüb;

 

2016-cı ilin aprelin 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri ABŞ-ın «ADRA» beynəlxalq humanitar təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Mixailo Lutso ilə görüşüb;

 

2016-cı ilin iyulun 1-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri ABŞ-ın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Robert Sekutan ilə görüşüb;

 

2016-cı ilin oktyabrın 6-da Azərbaycanla bağlı yeni kitab yazmaq məqsədilə ölkəmizə səfərə gələn, “Dağlarda qətl: Xocalıdakı hərbi cinayətlər və Dağlıq Qarabağ münaqişəsi” kitabının müəllifi, tanınmış amerikalı jurnalist Raul Kontreras Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynovun müşayiəti ilə Masazır qəsəbəsində 760 məcburi köçkün ailəsi üçün salınmış məhəllədə məskunlaşan soydaşlarımızla görüşüb, onlar üçün yaradılan şəraitlə yerində tanış olub;

 

2017-ci ilin mayın 4-də ölkəmizdə səfərdə olan ABŞ-ın “Jesrusalem Post” qəzetinin jurnalisti Nurit Qringer Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış məhəllədə yaradılan şəraitlə tanış olub;

 

2018-ci ilin yanvarın 24-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri ABŞ-ın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Robert Sekutanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb;

 

2018-ci ilin yanvarın 30-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Azərbaycanda səfərdə olan ABŞ Dövlət Departamentinin Əhali, Qaçqınlar və Miqrasiya Bürosunun Regional Əlaqələndiricisi Conatan Heys ilə görüşüb;

 

2018-ci ilin 4 fevral tarixində ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Endrü Şofer və Birləşmiş Ştatların ölkəmizdəki səfiri Robert Sekuta Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış məhəllədə yaradılan şəraitlə maraqlanıblar.

 

2019-ciu ilin mayın 29-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ABŞ Konqresinin üzvlərinin köməkçilərindən ibarət nümayəndə heyəti ilə görüşüb. 

 

2019-cu ilin oktyabrın 2-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ABŞ-ın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Örl Litzenbergerlə görüşüb.

 

2021-ci ilin yanvarın 6-da Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Rövşən Rzayevin   Amerika Birləşmiş Ştatlarının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqer ilə görüşüb;

 

2021-ci ilin avqustun 25-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkəmizdə səfərdə olan bir qrup əcnəbi jurnalistlə - Meksikanın nüfuzlu “El Universal” gündəlik qəzetinin redaktoru Qabriel Moyssen, Kolumbiyanın "Impacto Mundo" telekanalının aparıcısı, "Las2Orillas", "El Expediente" ve "Ola Politica" agentliklərinin müxbiri Roberto Trobaxo, Peru Jurnalistlər Federasiyasının vitse-prezidenti Rikardo Sançes, bu ölkənin "La Razon" qəzetinin və "Prensa21" xəbər portalının direktoru Karlos Linares Uarinqa ilə görüşüb;

 

2021-ci ilin oktybarın 12-də  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov USAİD-in Azərbaycan missiyasının heyət üzvü, amerikalı mütəxəssis Qreqori Mayers ilə videoformatda görüşüb.

 

2021-ci ilin noyabrın 2-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov USAİD-in Azərbaycan missiyasının heyət üzvü, amerikalı mütəxəssis Qreqori Mayers ilə videoformatda görüşüb.

 

2022-ci ilin fevralin 16-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi müşaviri Filip Tişu ilə görüşüb.

 

2022-ci ilin mayın 18-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Sosial İştiraka Dəstək (SES) layihəsinin rəhbəri Mark Qrabın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

 

2023-cü ilin fevralın 22-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Humanitar Yardım Bürosunun Regional Humanitar məsləhətçisi Duqlas Merkado ilə görüşüb.